Ayətullah Xamenei: Bu kimi taraqqa oyunları  İran xalqının iradəsində heç bir təsir göstərməyəcək

Ayətullah Xamenei: Bu kimi taraqqa oyunları İran xalqının iradəsində heç bir təsir göstərməyəcək

Mübarək Ramazan ayının 12-ci günündə Ali Rəhbər Ayətullah Xamenei ölkə universitetlərinin tələbələrini qəbul edib. 
 
Maide.Az xəbər verir ki, görüşdə çıxış edən Ayətullah Xamenei bu gün Tehranda baş verən terror aktından danışıb və bildirib ki, bu kimi “zırpaket” (taraqqa) oyunları İran xalqının iradəsində heç bir təsir göstərməyəcək.
 
“Bunu bilin ki, bu işlər İran xalqının və məsul şəxslərinin təsir qoya bilmək üçün çox kiçik işlərdir. Bu hadisə onu sübut etdi ki, əgər İran fitnələrin mərkəz nöqtəsində müqavimət göstərməsəydi, biz indi daxildə daha böyük problemlərlə üzləşmiş olardıq. İnşallah bunların kökləri kəsiləcək”.
 
Ayətullah Xamenei bildirib ki, universitetin əsas sütunu elimdir. "Universitetlər elm istehsal etməlidir – bu onların əsas vəzifəsidir. İmperializm sistemi ikiqütblü sistem mənasındadır. Onun bir qütbündə istismarçı, digər qütbündə istismar olunan dayanıb. İmperialist ölkələr dəqiq proqram əsasında öz mədəniyyət və adətlərini əsarət altında olan ölkələrə qəbul etdirirlər. Belə bir şəraitdə İslam Respublikası sinəsini imperializm qarşısında sipər edib. Əgər İslam Respublikası iqtidarsız olsaydı imperialist sistem onu çoxdan udmuşdu."
 
Ayətullah Xamenei imperializm sistemi çərçivəsində formalaşmış ikiqütblülüyə işarə edərək bildirib: “İnkişaf və durğunluq, təşəbbüs və təqlid ikiliyi, siyasi müstəqillik və asılılıq ikiliyi, özgüvən və iradəsizlik ikiliyi son iki-üç əsrdə meydana gəlmiş ikiliklərdir. Hegemon dövlətlər dəqiq elmi layihələr əsasında öz dünya görüşlərini, mədəniyyətlərini və adət-ənənələrini əsarətləri altında olan ölkələrə transfer etməklə yanaşı, bunu həm də əbədiləşdirməyə çalışmışlar”.
 
 Ayətullah Xamenei bildirdi ki, yalnız bəzi ölkələr imperializmin müəyyən areallarından cüzi xilas əldə etmək imkanı əldə etdilər: “Belə bir şəraitdə İslam İnqilabı sinəsini hegemon sistem qarşısında sipər etdi və İranı bu bataqlıqdan tam çıxara bildi”.
 
O dedi: “Bəziləri deyə bilər ki, İran İslam Respublikası hegemon sistemdən necə tamamilə çıxıb ki, cəmiyyətdə Qərb mədəniyyətinin bəzi təsirləri hələ də müşahidə edilməkdədir?”  “Bu sualın cavabında qeyd etməliyik ki, hegemon sistemə aid olan bütün fəaliyyətləri tərk etmək, ölkənin bütün mədəni, siyasi və iqtisadi sahələrini hegemon cərəyanının axın istiqamətinin əksinə idarə etmək İslam Respublikası sistemində qəti qanundur. Təbii ki, bu sahədə pozuntulara yol verilə bilər. Ancaq qanunların olmaması və ya əks qanunların olması ilə bu, ayır-ayrı məsələlərdir”.
 
Ali Rəhbər bir nazirliyin pis işləməsini əsas götürərək İslam dövlətinin effektivsiz olduğunu söyləməyin yanlış olduğunu vurğuladı: “Dövlətin effektivliyinin ən böyük arqumenti onun davamlılığıdır. Əgər İslam dövləti effektiv olmasaydı, indiyə qədər udulmuşdu”.
 
Ayətullah Xamenei qeyd etdi ki, İslam dövlətinin böyük güclər qarşısında açıq və qətiyyətli mövqe sərgiləməsi çox mühüm bir hadisədir: “Bu məsələ dövlətin effektivliyinin aşkar göstəricilərindən biridir”.
 
O vurğuladı ki, mömin, inqilabçı və hizbullahçı gənclər İslam dövlətinin saysız-hesabsız nailiyyətlərini unutmasınlar: “İslam İnqilabı hegemonluq sistemi qarşısında dayanaraq İran xalqına kimlik və ideallıq bəxş edə bildi”.
 
 

Google+ WhatsApp ok.ru