Ayətullah Xamenei: Bu `kişi qırığı` da torpağa gedəcək, bədəni ilan- qurbağaya qismət olacaq

Ayətullah Xamenei: Bu `kişi qırığı` da torpağa gedəcək, bədəni ilan- qurbağaya qismət olacaq

-- Cənab Tramp! Siz qələt edirsiz

“ ABŞ prezidenti Donald Trampın Fars Körfəzi ölkə başçılarına yazıdğı məktubu əldə etmişik.  Məktubda Tramp “mən  sizin üçün 7 trilyon dollar pul xərcləmişəm ki, siz  bu işi görəsiz.”  Xərcləmisən ki, İraq və Suriyanı işğal edəsən, amma bacarmadın.” 
 
Maide.Az “leader.ir” saytına isitnadən xəbr verir ki, bu sözləri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei müəllimlər günü ərəfəsində baş tutan görüşdə deyib. 
 
ABŞ-ın İranın nüvə proqramına dair  sazişdən çıxmasına münasibət bildirən Ayətullah Xamenei  Donald Trampın  ötən  gecə etdiyi çıxışı yüngül  və axmaqcasına hərəkət adlandırıb.  “Onun sözlərində  10-dan çox yalan var idi.  O həm İslami sistemi həm də İran xalqını hədələdi. Mən  xalqımız adından deyirəm: Cənab Tramp! Siz qələt edirsiz”
 
 
Ali Rəhbər İranın enerji təhlükəsizliyinin təmini üçün  nüvə sahəsinə diqqət artırılmasının zərurliyindən danışıb. Bildirib ki, ABŞ-ın  İrana qarşı nüvə enerjisi məsələsi sadəcə bir bəhanədir. “Biz bunu  daha əvvəllər qeyd etmişdik.  İndi  hamıya bizim sözlərimizin doğruluğu agah oldu.  Bəli  Hərtərəfli Birgə Fəaliyyət Planını qəbul etdik, amma bu da İslam Respublikası ilə düşmənçiliyi bitirmədi. İndi də  İranın regiondakı fəaliyyəti, raket sistemlərini  problemə çeviriblər. Bu dəfə də onların istəyini qəbul etsək, yenə iş bitməyəcək, başqa bir bəhanə çıxardacaqlar.” 
 
Ayətullah Xamenei  D.Trampın bir neçə gün öncə  Fars Körfəzi ölkə başçılarına ünvanladığı məktub barədə də danışıb. “Biz həmin məktubun  mətnini əldə etmişik.  Orda Tramp  qeyd edir ki, “mən  sizin üçün 7 trilyon dollar pul xərcləmişəm ki, siz  bu işi görəsiz.” Cənab Tramp pul xərcləmisən ki, İraq və Suriyanı işğal edəsən, amma bunu bacarmadın. Biz buna imkan vermədik.”
 
Ayətullah Xamenei  ABŞ-ın nüvə sazişini pozmasını pis və iyrənc addım adlandırıb. “İran xalqı hər zaman olduğu kimi  bu gün də tam gücü ilə müqavimət göstərir.Bundan öncəki ABŞ prezidentləri də eyni mövqe sərgiləyirdilər. Amma onların çoxu ölüb gedib, sümükləri də çürüyüb.  İslam Respublikası  isə ayaqdadır.Trampda torpağa gedəcək, bədəni  ilan-qurbağaya qismət olacaq. O zamanda  İslam Respublikası  yenə ayaq üstə duracaq.” 
 
Ayətullah Xamenei ABŞ-la imzalanan müqavilənin əvvəldən yalnış olduğunu bir daha diqqətə çatdırıb. “İlk gündən  demişdim ki, ABŞ-a etimad etməyin.  Əgər hər hansı müqavilə imzalamaq istəyirsinizsə,  lazimi təminatı alın. Əsas şərtlərdən biri kimi, ABŞ prezidentinin bu müqaviləni şəxsən  imzalamalı olduğunu  şərt qoymağınızı bildirmişdim.  Bizim hörmətli məsul şəxslər zəhmət çəkdi, bunun üçün çalışdı lakin bacarmadılar. 2 il yarımdır ki, biz bu sazişin tələblərini yerinə yetiririk. İndi bu  “kişi qırığı” (Donald Trampa işarədir) gəlib deyir ki, mən bu şərtləri qəbul etmirəm.”
 
Ali Rəhbər əlaqələrin 3 Avropa ölkəsi ilə davam etdirilməsi məsələsinə də münasibət bildirib.
 
“Bu gün İran rəsmiləri böyük imtahan qarşısındadır. Görək onlar həqiqətən xalqın izzətini qoruyacaqlar yoxsa yox? Bir daha xəbərdarlıq edirəm. Mən bu  3 Avropa ölkəsinə də  inanmıram . Siz də etibar etməyin.  Əgər razılıq əldə etmək istəirsizsə  təminatsız iş görməyin. Yoxsa ABŞ-la olan proseslərin hamısı yenidən təkrarlanacaq.  Əgər tutarlı zəmanət ala bilirsinizsə danışıqları davam etdirin. Əks halda Hərtərəfli Birgə Fəaliyyət Planının öhdəlikləri yerinə yetirmək olmaz.”
 
 
 
 

 

Google+ WhatsApp ok.ru