Ayətullah Xamenei: `Bunu hamı bilsin, İslam Respublikası bütün qüdrətilə ayaq üstədir` - FOTO

Ayətullah Xamenei: `Bunu hamı bilsin, İslam Respublikası bütün qüdrətilə ayaq üstədir` - FOTO

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ötən gün hərəm müdafiəçiləri və sərhəd qoşunlarının şəhid ailələri ilə görüşüb. 
 
 
Maide.Az xəbər verir ki, görüşdə Ayətullah Xamenei çıxış edib və bildirib ki, şəhidlər bu ölkənin yaşam haqqıdır. “Xalq və bütün məsul şəxslər özünü şəhidlər və şəhid ailələrinə borclu bilməlidir“.
 
Ayətullah Xamenei çıxışında ABŞ rəsmilərinin son hədələrinə toxunub və bildirib ki, ABŞ rəsmiləri İnqilabın qələbəsinin ilk günündən həmişə İslam Respublikası Sistemini dəyişmək ardınca olub. Lakin onlar İran xalqına heç bir şey edə bilməyəcək və bu İran xalqıdır ki, onlara möhkəm sillə vuracaq”.
 
Ayətullah Xamenei əlavə edib ki, Amerika prezidentinin boş-boş danışmalarına fikir verməyin. “Bu inqilab və dövlət qurulandan düşmənçiliklər və çətinliklərlə üzləşib, amma İran xalqının düşmənləri heç bir qələt edə bilməyib. İslam Sistemi yeni əkilmiş nazik və zəif bir ağac olduğu zaman heç nə edə bilmədilər, möhkəm kök atmış bir ağaca çevrildiyimiz zamanmı nəsə edəcəklər? Deyirlər biz istəyirik İslam hökümətini dəyişək. Bəyəm nə vaxtsa bunu istəməmisiniz? Həmişə istəmisiniz. Amma həmişə başınız daşa dəyib, bundan sonrada belə olacaq”.
 
Ayətullah Xamenei Ağ evin yeni rəhbərliyini təcrübəsiz adlandırıb və bildirib ki, bu təcrübəsiz şəxslər İran xalqını və rəhbərliyini yaxşı tanımayıb, ağızlarına yumruq dəydiyi zaman nəyin nə olduğunu anlaycaq. “Amerika liderləri İslam İnqilabının qələbəsinin ilk günündən İslam Respublikasını devirməyə çalışırdı. Amma bu həsrətdə olan şəxslər arzularını özləri ilə gora apardı və bundan sonrada belə olacaq”.
 
Ayətullah Xamenei əlavə edib ki, hamı həm düşmən və həm də dostlar, həm xalis dostlar və həm də bəzi vaxtlar ürəklərinə qorxu düşən dostlar bilsinlər ki, İslam Respublikası bütün qüdrətilə ayaq üstədir. İran İslam Respublikası möhkəm dayanıb və düşmən bizə şapalaq vura bilməyəcək. Biz olacacağıq ki, onlara şapalaq vuracağıq. /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru