Ayətullah Xamenei: Böyük güclərin istədiyi həmişə  olacaq deyə bir şey yoxdur -FOTO

Ayətullah Xamenei: Böyük güclərin istədiyi həmişə olacaq deyə bir şey yoxdur -FOTO

-- Bu məsələni xalqlar anlasa və dərk etsə...

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün  günorta  Suriyanın  vəqflər nazirinin başçılıq etdiyi  nümayəndə heyətini qəbul edib.
 
Maide.Az “khamenei.ir” saytına istinadən xəbər verir ki,  görüşdə çıxış edən Ali Rəhbər bildirib ki,  Suriya bu gün  ön cəbhədədir və   Suriya xalqının müqavimətini dəstəkləmək bizim borcumuzdur.  “Suriyanın hörmətli prezidenti cənab Bəşşar Əsəd  güclü  döyüşçüdür. O, mübariz  simasını göstərdi,  tərəddüd etmədi və müqavimət göstərdi. Bu, bir millət üçün çox vacibdir. Hazırda zillətdə yaşayan  bu müsəlman xalqlarını görürsünüz. Zəlil olan xalq deyil, əksinə onların  rəhbərləridir. Əgər bir xalqın rəhbəri ləyaqətli olarsa, İslam və öz kökü ilə fəxr edərsə, o xalq  əziz olacaq. O zaman düşmən  belə bir xalqa qarşı heç bir iş görə bilməz.”
 
Ayətullah Xamenei bildirib ki,  hazırda İslam İnqilabının 40-cı ilinə girmişik.  “İlk gündən dünyanın  birincidərəcəli hegemon  gücləri  əl-ələ verib  və həmişə bizim əleyhimizə işləyib.  Həm ABŞ,  həm SSR, həm Nato, həm də regionun bəzi irticaçı  ərəb  ölkələri əl-ələ verib bizim əleyhimizə işlədi.  Lakin biz məhv olmadıq, inkişaf etdik.  Bunun mənası nədir?  Birinci mənası  budur ki,  böyük güclərin istədiyi həmişə  olacaq deyə bir şey yoxdur.  Bu məsələni  xalqlar  anlasa və dərk etsə, bu mərifət onlarda  ümid  və gücü artıracaq.  Deməli, əgər biz, siz və  regionda müqavimət əhli olan digər qruplar  qətiyyətli qərar qəbul etsə, düşmən heç bir qələt edə bilməz.”
 
Ayətullah Xamenei  qeyd edib ki, İnşallah, Qüdsdə  camaat namazı qılacağınız günü görəcəyinizə və  görəcəyimizə  ümid edirik.  "Bəli, biz bu günün gələcəyinə və uzun çəkməyəcəyinə inanarıq.  Bir neçə il öncə sizin qonşuluğunuzda olan sionist rejim deyirdi ki, biz 25 il  ərzində İrana qarşı filan işləri görəcəyik. Mən isə (cavab olaraq) dedim ki, siz növbəti 25 ili görməyəcəksiz ki, bu işləri də görə biləsiniz!."
 

Google+ WhatsApp ok.ru