Ayətullah Xamenei: Diplomatiyada dini maarifçilik və  inqilabi münasibətin qorunması önəmlidir -YENİLƏNİB

Ayətullah Xamenei: Diplomatiyada dini maarifçilik və inqilabi münasibətin qorunması önəmlidir -YENİLƏNİB

 
Bu gün Ali Rəhbər Ayətullah Xamenei prezident və Nazirlər Kabinetinin üzvləri ilə görüşüb. 
 
Maide.Az xəbər verir ki, İranda Hökumət həftəsi və şəhid Rəcayi və şəhid Bahunərin şəhadətinin ildönümü günü münasibətilə baş tutan görüşdə Ayətullah Xamenei çıxış edib.
 
Ali Rəhbər iqtisadiyyat məsələsinin ölkənin prioritetlərindən biri olduğunu vurğulayaraq, səlahiyyətli rəsmilərdən, xüsusilə gənclərin işsizlik problemini həll etməyə çalışmalarını istəyib.
 
Ayətullah Xamenei yeni kabinet üzvlərinə müraciət edərək, xüsusilə iqtisadiyyat, xalqın rifahının yaxşılaşdırılması və müqavimət iqtisadiyyatı prinsiplərinin yerinə yetirilməsi üçün əhəmiyyətli tövsiyələr verib. “Tənqidyönlü sözlərə dözümlülük göstərərək səbir etmə qabiliyyətinizi inkişaf etdirin. Gerçəkləri yaxından görmək üçün xalqla yaxından ünsiyyət qurun və əyalətləri yaxından ziyarət edin”.
 
Ali Rəhbər nazirlər kabinetində iqtisadiyyat sahəsində çalışan nazirlərin kordinasiyalı çalışaraq bir komanda yaratmalı və birgə qərar qəbul etmələrinin zərurliyini vurğulayıb və bankçılıq, investisiya, qaçaqmalçılıq və likiditenin artması kimi problemləri iqtisadiyyat sektorundakı əsas məsələlər olduğunu qeyd edib. 
 
Ayətullah Xamenei diplomatiyada dini maarifçilik və inqilabi münasibətin qorunmasının mühüm olduğunu nəzərə çatdırıb. Diplomatiyada Şərqşünaslıq və Dini Maarifçilik qorunması
“Diplomatiya arenasında aktual, çevik, sürətli və ayıq hərəkət etmək lazımdır. Diplomatiya məsələlərində öz inqilabımızla və inqilabın özü ilə birgə gətirdiyi imperializmə qarşı müqavimət göstərmək, zülmlə mübarizə və hökmran rejimlərə qarşı çıxmaq kimi, normalarla qürurlanmaq lazımdır”.
 
Ayətullah Xamenei inqilabçı baxış və normalara sadiq qalmağın başqalarının hörmət etməsinə və etibar qazanmağa səbəb olduğunu deyib. 
 
Ali Rəhbər diplomatiya çətirini təkcə qısa bir neçə ölkə ilə yox, bütün dünya ilə əlaqələr üçün açmağın lazım olduğunu bildirib.

Google+ WhatsApp ok.ru