Ayətullah Xamenei: Düşmən xalqı gələcəyə naümid etmək və  onların özünə güvənini sarsıltmaq istəyir- FOTO/YENİLƏNİB

Ayətullah Xamenei: Düşmən xalqı gələcəyə naümid etmək və onların özünə güvənini sarsıltmaq istəyir- FOTO/YENİLƏNİB

-- Ayətullah Xamenei İslami Təbliğat üzrə Koordinasiya Şurasının üzvləri ilə görüşüb

(İlk xəbər bu gün saat 12:50 dərc olunub)
 
 
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  bu gün səhər  9 dey (30 dekabr) günü baş tutmuş ümumxalq yürüşün ildönümü münasibəti ilə  İslami Təbliğat üzrə Koordinasiya Şurasının üzvləri ilə görüşüb. 
 
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, görüş Tehranda İmam Xomeyni adına  hüseyniyyədə keçirilib. 
 
Görüşdə çıxış edən  Ayətullah Xamenei  İmam Həsən  Əskərinin (ə) mövlud günü  və  9 dey günü münasibəti ilə təbrik edib. 
 
Ayətullah Xamenei  çıxışında bildirib ki, İslami Təbliğat üzrə Koordinasiya Şurasının ən önəmli vəzifəsi təbliğ aparmaqdır.  “ İslamda təbliğ xalqla razılaşmaq üçün bir mesajı dürüst, səmimi, məsuliyyətli və təhlükəsiz formada  ictimaiyyətə çatdırmaq deməkdir.  Beləliklə, xalq özlərində məsuliyyət hissi keçirməklə  daha yüksək məqsədə yönəlib hərəkət etsinlər. “İslamda təbliğ qərb ölkələrinin pul və gücə çatmaq üçün apardığı  propaqandanın  tam əksidir.  Orada ictimaiyi fikirin aldadılması,  yalançılıq və rol oynamağa icazə verilir.  İslamda isə təbliğ aparmağın əsas tələbləri cəmiyyətdə özünə güvən və ümid yaratmaq,  imkanları və təhlükələri bəyan etmək, dost və düşməni tanıtdırmaqdır. Bu gün düşmənin yumşaq müharibədə ən önəmli məqsədi  İran xalqındam özünə güvən və  ümidi almaqdır.”
 
Ayətullah Xamenei bildirib ki,  təbliğ aparmaq sahəsi də  iqtisadi, siyasi və mədəni sahələr kimi, müharibə meydanına oxşayır.  “Bəziləri təbliğat müharibəsi,  iqtisadi və mədəni müharibə sözünü işlətməyi xoşlamır və  deyirlər sülhdən  danışmalıyıq.  Lakin düşmənin İran xalqı ilə  müxtəlif sahələrdə müharibə aparması bir həqiqətdir.  Əgər biz bu həqiqətdən qəflət etsək,  qarşı tərəf ayıqdır və  öz layihələrini  həyata keçirir. Əlbətə bu gün müharibə ,  hərbi müharibə deyil, çünki  onlar hərbi müdaxilə etməzlər, əgər hərbi müharibə etmək istələr belə böyük səhv edərlər.”
 
Ayətullah  Xamenei  düşmənin yumşaq müharibəsini hərbi müharibədən daha təhlükəli olduğunu vurğulayıb və İslam Sistemi ilə düşmənçiliyin əsas səbəbini açıqlayıb. “İslam İnqilabı  ötən 40 il ərzində  dünyaya hakim səhv güc formulu və strukturunu dəyişib və  bir millətin zorakılıq etməyib heç bir zorakılığı qəbul etmədiyi nümunəsini göstərib. İran xalqı  40 il  var gücü ilə  müqavimət göstərə bilib və  bütün çirkli planları poza bilib.  Digər xalqların keçə bilmədiyi  bir çox problemləri geridə qoyub. 
 
Ayətullah Xamenei bildirib ki, hazırkı şəraitdə  qarşı cəhbənin ən əsas layihələrindən biri  xalqı gələcəyə naümid etmək və  onların özünə güvənini  sarsıltmaqdır. Bunu problemlərin böyüdülməsi və  çatışmamazlıqların qabardılması ilə edir.  “Bu gün sosial şəbəkələrdə  minlərlə  topxana  İran xalqına tərəf atəş açır.  Əgər sosial şəbəkələrlə bağlı xəbərdarlıq ediriksə bu ona görədir ki,  düşmən  bu şəbəkələr vasitəsilə  İran xalqının və İslam sisteminin  kimlik və movcudluğunu  hədəfə alıb. Əsassız statistikaların  yayımlanması,  yalan iddialar,  xalqın  hörmət bəslədiyi şəxslərin simasının korlanması,  və İslam İnqilabının uğurlarının inkar edilməsi” sosial şəbəkələrdə  xalqı xüsusi ilə gəncləri bədbin etmək üçün görülən işlərdəndir. 
 
Ayətullah Xamenei  bildirib ki, hər hansı bir döyüşdə düşmənin nə etmək istədiyini təxmin etməlisiniz. Bu günlərdə düşmənlər ölkəmizdə pessimizmi geniş bir səviyyəyə yüksəltmək məqsədilə müxtəlif qara piarlar hazırlayır.  “Təəssüf ki, ölkə daxilində də bəzi qruplar düşmənlərin yolunu gedərək, xalqın məyus olmasına çalışırlar. Boş ittihamları ortaya atıb, düşmənin yalanlarını təkrar edirlər. Düşmənlərin yolunu gedən insanlar təqvadan məhrumdur. Bunlar İslamiyyət və din siyasətinin yerinə siyasəti bir din kimi mənimsəyiblər. Onlar müəyyən bir şəxs və ya siyasi qrupu pisləyərək, düşmənin etdiklərini təkrar edirlər. Bəziləri də media qurumları və müxtəlif tribunalarda istədiyini danışır, amma Allah, din və ədalətin haqqını yerinə yetirmirlər.  Bu adamlar xalqı və gənc nəsli məyus etməklə düşmənləri sevindirməyə çalışırlar. Xüsusən, keçmişdə və ya bu günlərdə rəhbərlik edənlər və onlara verilmiş imkanlardan yararlananlar müxalifət rolunu oynamağa həvəs göstərirlər.Keçmişdə və indi ölkədə səlahiyyətə malik olanlar bu gündən etibarən bu ölkənin əleyihinə çıxış etmək hüququna malik deyillər.”
 
Ayətullah Xamenei bildirib ki, xətalar və problemlər tənqid edilməlidir, lakin yönəldilən tənqidləri ədalətli və konstruktiv olmalıdır. Əslində tənqid zəruri və vacibdir, ancaq böhtan və boş ittihamlar haramdır. Həqiqət budur ki, tənqidlər ittihamlar və düşmənlərin eyni sözlərini təkrar etmək fərqli məsələdir.
 
Ali Rəhbər qeyd  edib ki, Vaşinqton rəhbərliyinin İŞİD terror təşkilatına dəstək verməsilə birlikdə, Yəməndə günahsız insanları qətliam edən Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etməsi və sionist rejimi qoruması ABŞ rejiminin kirli və xarab təbiətini aşkar edir. "İnanıram ki, İran xalqı və İslam nizamı Allahın köməyi ilə hər sahədə ABŞ-ı məyus edəcək."
 
 “Müqavimət iqtisadiyyatı” düşmənlərin sanksiyalarına qarşı edilən konstruktiv bir tədbirdir. Buna görə də, əlaqədar şəxslər və səlahiyyətlilər müqavimət iqtisadiyyatı məsələsini ön planda tutmalıdır”.
 
 
***
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  bu gün səhər  9 dey (30 dekabr) günü baş tutmuş ümumxalq yürüşün ildönümü münasibəti ilə  İslami Təbliğat üzrə Koordinasiya Şurasının üzvləri ilə görüşüb. 
 
Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, görüş bu gün səhər Tehranda İmam Xomeyni adına  hüseyniyyədə keçirilib. 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru