Ayətullah Xamenei: Fələstin bütün müsəlmanların vəhdət mehvəri olmalıdır - YENİLƏNİB

Ayətullah Xamenei: Fələstin bütün müsəlmanların vəhdət mehvəri olmalıdır - YENİLƏNİB

 (ilk xəbər bu gün  saat  10:10-da dərc olunub) 
 
Xəbər verdiyimiz kimi bu gün Tehranda dünyanın müxtəlif ölkələrindən nümayəndə heyətlərinin iştirakı ilə Fələstin intifadasına dəstək üzrə VI beynəlxalq konfrans keçirilir. 
 
Maide.Az xəbər verir ki, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Tehranda keçirilən Fələstin intifadasına dəstək üzrə VI beynəlxalq konfransında çıxış edib.
 
Ali Rəhbər Ayətullah Xamenei çıxışından öncə  bu gün şəhadət günü olan Amerika müsəlmanlarının rəhbəri Malkolm İksi yad edərək bütün iştirakçılardan onun ruhuna "Fatihə" oxumasını  istəyib.  
 
Daha sonra çıxışında Ali Rəhbər Ayətullah Xamenei Fələstin xalqının vəhşicəsinə repressiyası, geniş həbslər, qətl və qarətlər, bu xalqın ərazilərinin qəsb edilməsi və həmin yerlərdə qəsəbələrin salınması, müqəddəs Qüds şəhəri, "əl-Əqsa" məscidi və digər İslam və Xristian müqəddəs məkanlarının işğalı, Amerika və bəzi Qərb dövlətlərinin sionist rejimə hərtərəfli dəstəyi ilə baş verdiyini bildirib və deyib ki, təəsüflər olsun ki, bu cinayətlərə layiqli qlobal reaksiya verilmir. 
 
Ayətullah Xamenei deyib ki, Fələstin xalqı fəxr edir ki, Allah-taala onlara minnət qoyub və bu müqəddəs diyar və "əl-Əqsa" məscidinin müdafiəsi üzrə böyük yükü onların çiyninə qoyub. 
 
Ali Rəhbər deyib ki, tarixi dəqiq analiz etdikdə, tarixin heç bir zaman kəsiyində dünya xalqlarından hansınınsa belə əzab-əziyyətlə qarşılaşdığı müşahidə olunmur. “Regiondan kənar bir məkrli planla, bir ölkə tamamilə işğal olunur, vətəndaşlar öz ev-eşiklərindən qovulur və onların yerinə dünyanın digər yerlərindən başqa bir qrup oraya gətirilir, həqiqi kimlik göz ardına vurulur və saxta kimlik onun yerinə qoyulur. Bunun özü digər çirkli səhifələr kimi tarixin kirli səhifələrindən biridir və Allah-taalanın izni və köməyi ilə silinəcəkdir”.
 
Ayətullah Xamenei deyib ki, regionun bir neçə İslam ölkəsindəki mövcud böhranlar, Fələstin məsələsi və Qüdsün azadlığı üzrə müqəddəs amalın zəifləməsi ilə nəticələnmişdir. “Bu böhranların nəticələrinə diqqət yetirmək, ondan faydalanan qüdrətlərin kim olduğunu və kimlərin bu bölgədə sionist rejimi yaratdığını bizə anladır. Belə ki, uzunmüddətli qarşıdurmanı tətbiq etmək vasitəsi ilə regionun stabilliyi və inkişafına mane olmaq istəyirlər. Bəzisi təbii, bəzisi düşmən planı və bəzisi də qəflət nəticəsində İslam ölkələrinin bir-birləri ilə olan ixtilaflarına baxmayaraq, Fələstin məsələsi onların hamısının birlik mehvəri olmalıdır.
 
Ayətullah Xamenei deyib ki, regionda baş verən fitnələr və daxili müharibələrin məqsədi, Qüdsün azadlığı üçün müqəddəs dəyərlərin dəstəklənməsinin solğun göstərilməsidir. “Fələstin müqavimət qrupları irqçi və məzhəblər arasındakı ixitlaflardan çəkinməlidir. Bütün islami və milli hərəkatlar Fələstin dəyərlərinə xidmət etməkdə borcludur. İslam Respublikasının müqavimət qrupları ilə əlaqəsi onların müqavimətin əsas prinsipləri ilə nə qədər bağlılığı ilə ölçülür”. 
 
Ayətullah Xamenei müqavimət qrupların müqəddəs intifada zamanı sionist rejimi geri çəkilməkdə göstərdiyi qəhrəmanlığı parlaq və fəxr ediləcək nailiyyət adlandırıb. “Allahın izni ilə üçüncü intifada qəsbkar sionist rejiminə daha böyük məğlubiyyət gətirəcək. Fələstinin azadlığı üçün çalışmaq bütün müsəlmanlar və azadlıq sevərlərin vəhdət mehvəri olmalıdır”. 
 
Ayətullah Xamenei bildirib ki, bu konfransın əldə etdiyi nailiyyətlərdən biri, İslam dünyasının və dünyanın azadlıq sevərləri üçün proritet  məsələni, yəni Fələstin məsələsini gündəmdə saxlamaq və  eləcə də  Fələstinin məzlum xalqına, onların ədalət axtarışı və haqlı mübarizələrinə dəstək üçün birlik atmosferasını yaratmaqdır. “Fələstin xalqına siyasi dəstək çox önəmlidir və buna biganə yanaşmaq olmaz. Fələstin məsələsi bu gün dünyada xüsusi prorititeti olan məsələdir. Fərqli düşüncə və fikir ayrılığı olan müsəlman millətlər və azadlıq sevər insanlar bir məqsəd uğrunda toplaşa bilər və  o məqsəd Fələstin və onun azad olunması üçün çalışmaqdır”.
 
Ayətullah Xamenei deyib ki, sionist rejimin təhlükəsinə də diqqət olunmalıdır. “Müqavimət öz işini davam etdirmək üçün bütün vasitələrdən istifadə etməldir. Bu yolda bütün region dövlətləri və xalqlarının, eləcə də dünyanın bütün azadlıq sevər insanlarının borcudur ki, bu dözümlü xalqın (Fələstin xalqının) bütün əsaslı ehtiyaclarını təmin etsin. Müqavimətin əsasını Fələstin xalqının müqavimətli və qeyrətli övladları təşkil edir”. 
 
Ali Rəhbər deyib ki, Fələstin xalqının və Fələstin müqavimətinin ehtiyaclarını təmin etmək önəmli və həyati bir öhdəlikdir ki, hamı buna əməl etməlidir. “Bu prosesdə hazırda üçüncü intifadanın ağırlığını çiyinlərində daşıyan Qərb sahilindəki müqavimətin əsas ehtiyaclarına da diqqət edilməlidir. Fələstin müqaviməti keçmişdən dərs alaraq bu məsələyə diqqət etməlidir ki, müqavimət və Fələstin islami və ərəb ölkələri arasındakı ixtilaflardan, ölkələrin daxili ixtilafından və ya dini və irqçi ixtilaflardan daha üstündür və bu kimi məsələlərə qarışmamalıdır”.  
 
Ayətullah Xamenei çıxışında düşmənlərin müqavimət hərakatının yolunu azdırmağa çalışmaları ilə bağlı xəbərdarlıq edib. “Müqavimət bu günlərdə daha bir çirkli planla üz-üzədir və bu, özlərini dost kimi göstərənlərin müqavimət və Fələstin xalqının intifadasını öz yolundan azdırmağa çalışmasıdır. Onlar istəyir ki, müqavimətin intifadasını özlərinin Fələstin xalqının düşmənləri ilə əldə etdikləri gizli sövdələşməyə qurban versin". /
 

Google+ WhatsApp ok.ru