Ayətullah Xamenei: Heç bir düşmən İran xalqını iflic edə bilməz  - YENİLƏNİB

Ayətullah Xamenei: Heç bir düşmən İran xalqını iflic edə bilməz - YENİLƏNİB

(ilk xəbər bu gün 12:19-da dərc olunub) 
 
Xəbər verdiyimiz kimi, bu gün Ali Rəhbər Ayətullah Xamenei İran İslam Respublikası Hərbi Hava Qüvvələrinin hərbi işçi və komandirləri ilə görüşüb. Bu görüş Hərbi Hava Qüvvələrinin bir qrup hərbi işçi və komandirlərinin 1357-ci ilin Bəhmən ayının 19-da imam Xomeyni (r.ə) ilə tarixi beyətlərinin ildönümü münasibətilə təşkil olunub. 
 
Maide.Az bildirir ki, Ayətullah Xamenei çıxışında deyib ki, heç bir düşmən İran xalını iflic edə bilməz. "Amerikanın yeni prezidenti deyir Obamaya təşəkkür edin. Nəyə görə? İrana qarşı sanksiyalar verdiyinə görə? İŞİD-i yaratdığına görə? Bəlkə İraq və Suriyanı alovlandırdığına görə? Yoxsa 2009-cu il prezident seçkilərində fitnəkarları dəstəklədiyinə görə? Məhz o (Obama) İran xalqını iflic etmək qəsdilə sanksiyaları tətbiq etdi. Əlbəttə istəyinə çatmadı.Heç bir düşmən İran xalqını iflic edə bilməz”. 
 
Ali Rəhbər ABŞ rəsmilərinin hədələrinə toxunaraq bildirib ki, İran xaqlı 22 Bəhmən nümayişlərində (3 gün sonra) bu sözlərə cavabını verəcək, İran xalqı təhdidlər qarşısında hansı mövqedə olduğunu göstərəcək.
 
Ayətullah Xamenei bildirib ki, bu yeni gələn cənaba (Trampa) təşəkkür edirik! “Ona görə təşəkkür edirik ki, bizim zəhmətimizi azaldıb. Amerikanın həqiqi simasını ortaya qoydu. Bizim 30 ildən çoxdur Amerika hakimiyyət orqanlarında siyasi, iqtisadi, əxlaqi və ictimai pozğunluqlar haqqında dediklərimizi bu cənab gəldi həm seçkilər dövründə və həm də seçkilərdən sonra açıq-aşkar göstərdi”. 
 
Ayətullah Xamenei Donald Trampın etdiklərinə toxunaraq bildirib ki, indi də onun (Trampın) gördükləri, Amerika insan haqlarının həqiqətinin nə olduğunu göstərir. Beş yaşlı usağı qandallayırlar. Onların iddia etdikləri insan hüquqları budur. “Allahın rəhməti olsun İmama (İmam Xomeyini (rə)) O dahi şəxsiyyət Amerikanın həqiqətini dəfələrlə öz çıxışlarında və yazılarında açıqlayıb. Təkidlə vurğulayırdı ki, xalq və məsul şəxslər düşmənin mahiyyətini tanısın. Böyük Şeytana etimad etməkdən çəkinsinlər. Bu gün İlahi rəhmətə qovuşmuş o əzizin (İmam Xomeyninin) dedikləri, açıq şəkildə hamının gözü qarşısındadır”.

Google+ WhatsApp ok.ru