Ayətullah Xamenei Hərbi Dəniz Donanmasının zabit və əsgər heyəti ilə görüşüb - FOTO

Ayətullah Xamenei Hərbi Dəniz Donanmasının zabit və əsgər heyəti ilə görüşüb - FOTO

Bu gün Ali Rəhbər  Ayətullah  Xamnei İran İslam Respublikası Hərbi Dəniz Qoşunları Günü münasibətilə HDQ-nin zabit heyəti ilə görüşüb. 

Maide.Az xəbər verir ki, "7 Azər - Hərbi Dəniz Qoşunları Günü" münasibətilə baş tutan görüşdə çıxış edən Ayətullah Xamenei nüvə müzakirələrinə toxunaraq bildirib ki,  bu müzakirələrdə sanksiyalarla bağlı  çoxlu müzakirələr oldu, lakin hazırda ABŞ Konqresində İrana qarşı sanksiyaların vaxtının uzadılması layihəsi gündəmdədir və iddia edirlər ki,  bu sanksiya deyil, bəlkə vaxtın uzadılmasıdır. “Bir sanksiyanın tətbiq edilməsi ilə, onun müddəti başa çatdıqdan sonra, vaxtının uzadılması arasında heç bir fərq yoxdur və ikincisi də sanksiyadır və qarşı tərəfin öhdəlikləri pozması anlamındadır.”
 
Ayətullah Xamenei İran Hərbi Dəniz Qoşunlarının nailiyyətləri, bacarıqları və istedadlı kadrlar yetişdirməsini, texniki-mühəndislik sahəsində əldə etdiyi nailiyyətlərinin alqışa layiq olduğunu vurğulayıb və deyib ki, proqramların nəticə əldə olunana qədər davam etdirilməsi önəmlidir, eləcə də işlərdə tələsik addımların atılmasından çəkinmək lazımdır. “Çatışmazlıqların aradan qaldırılması üçün məhdudiyyətlər qarşısında təslim olmamaq və güclü iradə nümayiş etdirmək zəruridir”. 
 
Ayətullah Xamenei bəzi ölkələrin inkişafında dənizçilik sənayesinin roluna toxunub və deyib ki, İran uzun dəniz sərhədlərinə və dənizçilik üzrə qədim keçmişə malikdir. “Buna görə də İran İslam Respublikası ordusu xüsusi ilə HDQ-nin potensialları İslam Quruluşunun şəninə və bu ölkənin tarixinə layiq bir formada olmalıdır. 
 
Ali Rəhbər deyib ki, Hərbi Dəniz Qoşunlarının beynəlxalq sularda iştirakı İranın gücü və qüdrətinin artmasına səbəb olur və HDQ beynəlxalq sulardakı iştirakın miqyasını daha da artırmalıdır. 
 

 

Google+ WhatsApp ok.ru