Ayətullah Xamenei: Müəllim qiymətli almaz kimidir, ondan oyuncaq kimi istifadə etmək olmaz!

Ayətullah Xamenei: Müəllim qiymətli almaz kimidir, ondan oyuncaq kimi istifadə etmək olmaz!

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei may ayının 7-də “Müəllim Həftəsi” münasibəti ilə müəllimlər və mədəniyyət işçiləri ilə görüşüb. 
 
Maide.Az xəbər verir ki, görüşdə Ayətullah Xamenei bildirib ki, təlim-tərbiyə, təhsil sisteminin vəzifəsi imanlı, sədaqətli, məsuliyyətli özünə inanan, yaradıcı, doğruçu, cəsarətli, həyalı, mütəfəkkir, ölkəni, dövləti və xalqı sevən, məmləkətin xoşbəxtliyini arzulayan nəsil yetişdirməkdir.
 
Ayətullah Xamenei bildirib ki, şəhid Mütəhhəri sözdə, işdə və həyatda həqiqi müəllim idi. “Bəşəriyyətin, məmləkətin və İslamın düşmənləri onu bizdən aldı. Amma o böyük insanın kitabları düşüncələri inkişaf etdirdi, İslam maarifinə yönəltdi. Onun dəyərli əsərlərindən maksimum faydalanmaq lazımdır”.
 
Ali Rəhbər əlavə edib ki, ölkənin iqtidar və nüfuzu hər şeydən çox insan resurslarından aslıdır. “Gələcək nəsli, ümumiyyətlə insanı tərbiyə edən müəllimdir. Müəllimin etiyaclarını ödəmək dövlət və məsulların vəzifəsidir. Müəllimə xərclənən pul əslində sərmayə yatırımıdır. Müəllimdən siyasi vasitə kimi istifadə etmək istəyənlərə hələ 60-cı illərdə (hazırda 1396) etiraz etmişik. Müəllim qiymətli almaz kimidir, ondan oyuncaq kimi istifadə etmək olmaz!” 
 
Çıxışının davamında Ayətullah Xamenei İranda keçiriləcək prezident seçkilərindən danışıb və seçkiləri həyati və dini demokratiya təfəkküründən irəli gələn bir məsələ adlandırıb. “Xalqın içindən müxtəlif siyasi baxışlı insanların 2017-ci il 19 may seçkilərində iştirakı İranın qüdrəti, əzəməti və toxunulmazlığının qorunmasına bir zəmanətdir və belə bir iştirakla düşmən əsla İran xalqı qarşısında bir addım belə ata bilməyəcək”.
 
Ayətullah Xamenei qeyd edib ki, düşmənin öz düşmənçiliyini bildirməsi qarşısındakı yeganə maneə, xalqın səhnədə iştirakıdır, zira milyonlarla gəncə, agah və güclü insan qüvvəsinə malik səksən milyon nəfərlik bir ölkənin əzəməti düşmənin ürəyinə qorxu salır. “Seçkilərdə əsas və mühüm məsələ, İslamın və quruluşun müdafiəsinə, həmçinin İranın toxunulmazlığını qorumağa hazır olduğunu göstərmək üçün bütün xalqın seçki məntəqələrində iştirakıdır”.  
 
 
 
 
 
 
 
 
 
 

 

 

Google+ WhatsApp ok.ru