Ayətullah Xamenei: Qüdsi-Şərifin yeganə nicat yolu mübarizə və müqavimətdir - YENİLƏNİB

Ayətullah Xamenei: Qüdsi-Şərifin yeganə nicat yolu mübarizə və müqavimətdir - YENİLƏNİB

(ilk xəbər 14:26 -da dərc olunub) 
 
Xəbər verdiyimiz kimi Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Fələstin İslam Cihad Hərəkatının baş katibi Ramazan Abdulla və onu müşaiyət edən nümayəndə heyətini qəbul edib. 
 
Maide.Az xəbər verir ki, bu gün günorta saatlarında baş tutan görüşdə Ali Rəhbər Ayətullah Xamenei deyib ki, sionist rejim himayətçilərinin Fələstin məsələsini unutdurmaq üçün davamlı böhranlar yaratmasına baxmayaraq, bu müqəddəs torpaqlar fələstinli qruplar,  xalq və müqavimətin mübarizəsi sayəsində işğaldan azad olunacaq. 
 
Ayətullah Xamenei deyib ki, Qüdsi-Şərifin yeganə nicat yolu mübarizə və müqavimətdir, digər yollar səmərəsiz və sonsuzdur. 
 
Ayətullah Xamenei sionistlər qarşısında müqavimət və vəhdət üçün İslami Cihad Hərəkatının 10 maddəlik layihəsini alqışlayıb. “Mübarizəyə təkid etmək, kompromis razılaşmalardan tam imtina, fələstinli qruplar arasında birliyin təmini və  bəzi mürtəce ölkələrin düşmənlə kompromisə getməklə bağlı çağrışlarının pislənilməsi bu layihənin önəmli maddələrindəndir”.
 
Ayətullah Xamenei bu layihənin icrasının zəruriliyini vurğulayıb. “Heç şübhəsiz İslami Cihad Hərəkatının bu 10 maddəlik layihəsinin icrasına maneə yaratmaq üçün kimlərsə olacaq, ona görə ehtiyatlı olmaq lazımdır ki, bu layihə kağız üzərində qalmasın və zamanla unudulmasın”. 
 
Ali Rəhbər regionda yaranmış böyük problemlərin əsas səbəbkarının “böyük şeytan”, yəni Amerika olduğunu bildirib və deyib ki, regionda olan balaca şeytanlar da mövcud böhranların ərsəyə gəlməsində rol oynayır. “Onların hamısının məqsədi budur ki, Fələstin məsələsi regionun ictimai rəyində solğunlaşsın və xalqların yaddaşından silinsin”.
 
Ayətullah Xamenei deyib ki, İslam Respublikası regionda bəzi hadisələrə qarışsa da, həmişə açıq şəkildə elan edib ki, Fələstin İslam dünyasının birinci məsələsidir və bu sahədə öz təklifini yerinə yetirir. “Fələstin məsələsinin dünya xalqlarının ictimaiyi rəyində yaşatmaq fələstinli qruplar, ərəb yazıçı, ziyalı və alimlərin borcudur. Fələstin məsələsinin proritet məsələ olması ilə bağlı İslam dünyasında ictimai fikir formalaşdırmaq üçün çalışmalar artırılmalıdır. Belə ki, bəzi ölkələrin kompromisə getmək istəyən məsul şəxsləri xalqların reaksiyasından qorxuya düşsünlər”.
 
Ayətullah Xamenei deyib ki, Amerika və onun regiondakı müttəfiqləri müxtəlif hadisələr yaradır və böhranlarda məzhəb amilini önə çıxarmağa çalışırlar. “Bu təbliğatın əksi olaraq görürük ki, Hələbin, Mosulun və digər bölgələrin sünni xalqı cinayətkar təkfirçilərin əli ilə qətliam olub və olur. Ona görə bu böhranların şiə və sünniyə heç bir aidiyyatı yoxdur. Regionin ən önəmli məsələlərindən biri də İŞİD, Cəbhə ən Nüsrə və digər bu kimi təkfirçi qruplarla mübarizədə hərtərəfli səfərbər olmaqdır. Çünki belə olmazsa, təkfirçilərin davamlı böhran yaratmasına görə Fələstin məsələsi kənarda qalacaq”. 
 
Ali Rəhbər təkfirçilərin işğal olunmuş Fələstin torpaqlarına nüfuz etməsi ilə mübarizənin gücləndiirlməsinin zəruriliyini vurğulayıb və deyib ki, bu kimi qrupların məqsədi fitnə yaratmaqdır, ayıq və ciddi şəkildə onlarla mübarizə aparmaq lazımdır. “Haqla düşmənçilik, imperialistlərin  təbiətidir ona görə onların düşmənçiliklərini davam etdirməsindən təəccüblənməmək lazımdır. Mübarizə üçün açıq göz və hadisələrin düzgün analiz edilməsinə ehtiyac var. Bu ağlın seçdiyi yoldur və tam ayıq-sayıqlıqla mübarizəni davam etdirmək lazımdır”. 
 
Ayətullah Xamenei hegemon güclərin İslam Respublikasına qarşı davamlı çrikli planlarını xatırladıb və deyib ki, biz  Allahın yardım vədinə səmimi qəlbdən inanaraq bütün sahələrdə öz təklifimizə əməl edirik və heç kimin zorbalığından da qorxmuruq. 
 
Ayətullah Xamenei Fələstinin əhalisinin gənc olmasının önəmindən danışıraq deyib ki, sionist rejim - necə ki öncədən də demişəm, müsəlmanlar və fələstinlilərin birliyi, eləcə də sionistlərə qarşı mübarizədə hamının səfərbər olması ilə 25 ilə İsrail adlı rejim olmayacaq.
 
Ayətullah Xamenei həmçinin düşmənlərin İslami Cihad Hərakatının daxilində problemlər və daxili çaxnaşmalar yaratmaq cəhdləri haqqında xəbərdarlıq edib və deyib ki, İslami Cihad Hərəkatı indi daha lazımlıdır.

Google+ WhatsApp ok.ru