Ayətullah Xamenei Ramazan ayı haqqında

Ayətullah Xamenei Ramazan ayı haqqında

Biz il boyunca, nəfsani meyllərlə, günahlarla, özümüzün öz əlimizlə meydana gətirdiyimiz qaranlıq mühitlə mübarizədə bir sıra problemlərlə qarşılaşırıq. Bəzən insan dua etmək üçün əhval-ruhiyyə tapa bilmir. Bəzən bir damla göz yaşı axıtmağa çətinlik çəkir. Çünki yol çətindir. Günahlarla, yanlış işlərimiz vasitəsi ilə əhatə olunuruq. Amma Ramazan ayı keçiləsi asan bir zaman kəsiyidir. Bu ona bənzəyir ki, bəzən şəhər və ya digər məkana gedən çətin yolu keçmək üçün piyada getməyə, bəzən sudan keçməyə, bəzən bataqlıqdan keçməyə məcbur olursunuz. Sonda gedib hava limanına çatırsınız. Orada sizi tam hazırlıqlı təyyarə gözləyir. Uzun məsafə qət etdikdən sonra sizi rahatlıqla, baş ağrısız məqsədə çatdırır. Ramazan ayının başlanğıcı həmin hava limanına çatmaqdır. Allah ramazan ayında yolu açır. Ramazan ayında fəzanı boş qoyur, maneələri aradan qaldırır. Sizin tutduğunuz bir oruc nəfsani istəkləri zincirləyir. Bu ibadətlər, bu dualar, bu xüşular, bu zikrlər, bu Qədr gecəsi sizi kilometrlərlə irəli atan vasitələrdir. Hansı ki, bu yolu il uzunu digər aylarda bir metr-bir metr keçməli oluruq. Əgər ciddi olsaq, əgər öz üzərimizdə işləsək, fərsəxlərlə irəliləyəcəyik. Buna görə də siz Allah övliyalarının Ramazan ayının gəlib çıxması münasibəti ilə sevinmələrinin Ramazan ayından ayrı qaldıqda isə göz yaşı tökdüklərinin şahidi olursunuz.

 

Ali Rəhbər Ayətullah Xamenei

 

Google+ WhatsApp ok.ru