Ayətullah Xamenei: Söz və şeir vasitəsilə də zalımlarla vuruşmaq olar - FOTO

Ayətullah Xamenei: Söz və şeir vasitəsilə də zalımlarla vuruşmaq olar - FOTO

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ötən gecə Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadət ildönümü astanasında dini şeir ustadları ilə görüşüb. 
 
Maide.Az xəbər verir ki, görüşdə Ayətullah Xamenei bildirib ki, dini şeirdə mədh və əza şeiri mühüm yer tutur. Amma sözlər müdrik, məntiqi olmalı, düzgün baxışdan qaynaqlanmalıdır. Avam və səthi, uydurma və ağlasığmaz sözlərdən çəkinmək lazımdır. 
 
Ayətullah Xamenei bildirib ki, peyğəmbər (s) və məsum imamlar (ə) zülm, təkəbbür, küfr, nifaq, fəsadla mübarizə aparıb. Elə buna görə də şəhadətə çatıblar. “Məsum İmamların (ə) həqiqi davamçısı olmaq üçün əməldə də o həzrətlərin etdiyi kimi davranmaq, küfr və nifaqla mübarizəni davam etdirmək lazımdır. İranda dünya miqyasındakı küfr və nifaqla mübarizə aparmaq asandır. Amma regionun bəzi ölkələrində Amerikaya qarşı kiçik etiraz hökumətləri qəzəbləndirir, sərt reaksiya göstərirlər. 
 
Ayətullah Xamenei əlavə edib ki, zalımlarla mübarizə təkcə silahla olmur. “Bu gün dünyada ilk söz təbliğatındadır. Söz və şeir vasitəsilə də zalımlarla vuruşmaq olar”. 
 
Ayətullah Xamenei deyib ki, bu gün Avropada və Amerikada qeyri-qərb ölkələri xüsusi ilə İranda yaşam tərzini dəyişmək məqsədilə xüsusi qurumlar və mərkəzlər fəaliyyət göstərir.
 
Ali Rəhbər bildirib ki, Qərb qurumları islami yaşam tərzini hədəfə alıb, bu hücumların qarşısında divar çəkib və müdafiə etmək kifayət etmir. Lazımdır islami həyat tərzi bəyan olunsun. Əxlaqi, siyasi və mədəni prinsipləri şeir şəklində çatdırılsın. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru