Ayətullah Xamenei: İran ilahi qüdrətə sığınaraq və xalqın iştirak gücünə inanaraq dünyada heç bir gücdən qorxmur - YENİLƏNİB

Ayətullah Xamenei: İran ilahi qüdrətə sığınaraq və xalqın iştirak gücünə inanaraq dünyada heç bir gücdən qorxmur - YENİLƏNİB

İlk xəbər 13:38-də verilib
 
Xəbər verdiyimiz kimi Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər "Bəsic Həftəsi" münasibətilə ölkənin müxtəlif bölgələrindən gəlmiş İslam İnqilabı Keşikçiləri Korpusunun Bəsic Təşkilatının üzvləri və komandirləri ilə görüşüb.
 
Maide.Az xəbər verir ki, görüşdə çıxış edən Ayətullah Xamenei əzəmətli Ərbəin yürüşünü tarixi fenomen və İlahi gücün göstəricisi adlandırıb. “Ərbəin yürüşündə insanların milyonluq iştirakı  eşq və bəsirətlə birgə olan cazibənin göstəricisidir. Bu böyük işi görən zəvvarlara "xoş gəldin" və onlara "ziyarətiniz qəbul olsun " -deyirik. İraq xalqına bu əzəmətli toplantıda iştirak edənləri öz sevgiləri ilə qarşıladıqları üçün təşəkkür edirik”.
 
Ayətullah Xamenei Ərbəin yürüşünün davamlı və qalıcı olmasının zəruriliyini vurğuladı. 
 
Ayətullah Xamenei çıxışının davamında bildirib ki, Bəsic inqilab dövrünün heyrət doğuran fenomenlərindən biri idi, və bu fenomenin yaradılması imam Xomeyniyə Allah tərəfindən ilham verilmişdi, yəni inqilabın taleyini gənclərə tapşırsın. Düşmənin Bəsic barədə planları, nüfüz etmək, paralel xətlər yaratmaq, Bəsicə və yumşaq müharibə zabitlərinə rəqib icad etməkdən ibarətdir, bunlara qarşı diqqətli olmaq lazımdır. 
 
ABŞ hökumətinin heç bir anlaşmaya sadiq olmadığını deyən Ali Rəhbər bildirib ki, Amerikanın hazırkı hökuməti indiyədək nüvə sazişi məsələsində dəfələrlə öhdəliklərini yerinə yetirməyib. Onlardan ən yenisi sanksiyaların 10 il müddətinə uzadılmasıdır. Əgər bu sanksiya icra olunarsa, bu Hərtərəfli Birgə Fəaliyyət Planını pozmaq deməkdir və bunun müqabilində İran İslam Respublikası ciddi addımlar atacaq. 
 
Ayətullah Xamenei deyib ki, Hərtərəfli Birgə Fəaliyyət Planı İran ölkəsi və xalqına qarşı təzyiq vasitəsinə çevrilməməlidir. 
 
Ayətullah Xamenei deyib ki, İran İslam Respublikası ilahi qüdrətə sığınaraq və xalqın iştirak gücünə inanaraq dünyada heç bir gücdən qorxmur. /

Google+ WhatsApp ok.ru