Ayətullah Xamenei: İranın günü-gündən nüfuzunun artması amerikalıları əsəbiləşdirir

Ayətullah Xamenei: İranın günü-gündən nüfuzunun artması amerikalıları əsəbiləşdirir

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bildirib ki, hegemon cəbhənin hiylə və planlarını alt-üst etmək üçün önəmli yol "güclü, həmləvər və məntiqə əsaslanan mübarizə"dir. 

Maide.Az xəbər verir ki, Ayətullah Xamenei bu gün Xobreqan Ekspertlər Məclisinin sədri və üzvləri ilə görüşündə deyib ki, bütün sahələrdə, o cümlədən, insan hüquqları, terrorizm və hərbi cinayətlər sahəsində Qərbin qarşısında hücum taktikasından istifadə etməliyik. 
 
Ayətullah Xamenei ABŞ-ın İranda keçirilən seçkiləri tənqid etməsini gülünc adlandırıb. “Amerikalılar regionun ən alçaq və insan hüquqlarını tapdalayan rejimləri ilə dostluq edir. Sonuncu seçkilərində bu utancverici qalmaqalı yaratdılar, indi isə durub İran xalqının seçkilərinə hücum edir və tənqid edirlər”. 
 
Ali Rəhbər bildirib ki, sionistlərin mətbuat imperatorlarının və bütün hegemonların davamlı hücumlarına baxmayaraq, İran xalqı İslam İnqilabından sonra bütün sahələrdə inkişaf edib.
 
Ayətullah Xamenei ötən illər ərzində İslam Respublikasının dünyada, xüsusilə, Qərbi Asiyada dərin strategiyasının yürüdülməsini ən önəmli inkişaf adlandırıb və deyib ki, İranın günü-gündən nüfuzunun artması və xalqların İslam Sistemini dəstəkləməsi bizim möhkəm dayağımızdır. “Bu həqiqət amerikalıları əsəbiləşdirir və onların ekspertləri İranın günü-gündən artan nüfuzu ilə mübarizə üçün çarə düşünməyə çalışırlar”.
 
Ayətullah Xamenei İran İslam Respublikasının uğurlarını və inkişafını ilahi lütfün göstəricisi adlandırıb və məsul şəxsləri bu nemətlərin qədrini bilməyə çağrııb.
 

+

Google+ WhatsApp ok.ru