Ayətullah Xamenei İranın Statistika Təşkilatının rəsmiləri ilə görüşüb 13 Sentyabr 2016 01:00 İslam lideri Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei dəqiq, elmi və ölçülmüş statistika və məlumatları İran İslam Respublikası üçün yetərli qərarların verilməsində əsas sütun adlandırıblar. Maide.Az xəbər verir ki, Ali Rəhbər Ayətullah Xamenei çərşənbə axşamı günü Əhalinin və Mənzillərin Siyahıyaalınma Qərargahının rəsmilərini, İranın Statistika Təşkilatının direktorlarını və Ali Şurasının üzvlərini qəbul edib. Əhalinin siyahıyaalınmasının əhəmiyyətini qeyd edən Ali Rəhbər vətəndaşlara üzünü tutaraq deyib: Bütün İran vətəndaşları bu siyahıyaalınmada ciddi şəkildə iştirak etməlidirlər. “İran vətəndaşları ölkədə düzgün, yerində və yararlı qərarların verilməsi üçün, bu önəmli layihədə iştirak etməklə yanaşı ehtiyac duyulan statistika və məlumatları dəqiq şəkildə statistika qurumlarına verməlidirlər.” Ayətullah Xamenei İranda statistika qurumlarının rəhbərliyinə xitabən bildirib ki, statistikalarda da mövcud vəziyyət bəyan olunmalı, dəyişikliklər prosesi müəyyənləşməlidir ki, dəyişikliklər sürətinin çox yuxarı olduğu hazırkı dövrdə ölkə rəsmiləri proseslərin dəyişikliyindən xəbərsiz qalmasınlar. Ayətullah Xamenei ölkədə elm təməlli iqtisadiyyatda statistikanın əhəmiyyətinə toxunaraq deyiblər: Ölkənin inkişaf yolu olan elm təməlli iqtisadiyyat savadlı və yaradıcı insan resursuna arxalanıb və aydınlaşmalıdır ki, iqtisadiyyat və texnikanın hər bir sahəsində hansı sayda gənc və istedadlı kadr çalışır və fəaliyyət göstərir. Ayətullah Xamenei Müqavimət İqtisadiyyatında statistikanın rolunu təyinedici adlandırıb və əlavə edib ki,ölkənin problemlərinin həqiqi həll yolu müqavimət iqtisadiyyatıdır və əgər dünyanın bütün yolları da açılarsa, iqtisadiyyat daxildən qaynaqlanmazsa, sonda bu proses məğlub olmuş prosesdir. Ayətullah Xamenei həmçinin 20 illik perspektiv sənədi və İranın makro siyasətləri kimi önəmli sənədlərin nəticələrinin dəyərləndirilməsini statistika mərkəzinin əsas vəzifələrindən adlandırıb və xatırladıb: Statistika mərkəzi həm siyasətlərin reallaşmasını araşdırmalı, həm də siyasətlərin icrasının nəticələri barəsində rəyini bildirməlidir. Belə ki, nəticələrin ürəkaçan olmadığı halda siyasətlərə yenidən baxılsın və islah edilsin. Teqlər : #Ayətullah Xamenei İranın Statistika Təşkilatının rəsmiləri ilə görüşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mina faciəsi şəhidlərinin ailələri Ali Rəhbərlə görüşüb Ayətullah Xameneinin Səudiyyə haqda “Lənətlənmiş Ağac” ifadəsi nə deməkdir?
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB