Ayətullah Xamenei: İslam ölkələri Myanma hökumətinin cinayətlərinə qarşı əməldə addımlar atsın

Ayətullah Xamenei: İslam ölkələri Myanma hökumətinin cinayətlərinə qarşı əməldə addımlar atsın

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün xaric-fiqh dərsinin əvvəlində Myanmada müsəlmanlara qarşı törədilən terrordan danışıb. O, beynəlxalq qurumların və insan haqları carçılarının  bu faciələr qarşısında sükut etməsini  pisləyib. 
 
Maide.Az xəbər verir ki,  Ayətullah Xamenei bildirib ki, bu məsələnin yeganə həll yolu  müsəlman ölkələrinin sözdə deyil, əməldə  addımlar atması ilə  mümkündür.  “Əlbəttə, əməldə addımlar atmaqda məqsəd ordu yeritmək deyil. Müsəlman ölkələri  Myanmanın qəddar hökumətinə qarşı siyasi və iqtisadi təzyiqləri artırmalıdır. Həmçinin bu cinayətlər əleyhinə beynəlxalq tribunalarda haqq səsini qaldırmalıdır.”
 
Ayətullah Xamenei  Myanmada baş verən faciələrin  müsəlmanlar və buddistlər arasında məzhəb qarşıdurması kimi təqdim edilməsinin kökündən yanlış olduğunu qeyd edib. “Ola bilər  bu hadisədə  məzhəb təəssübkeşliyinin təsiri olsun. Amma bu faciənin icraçısı  Myanma hökumətidir və onun başında  da Nobel sülh mükafatı qazanan qəddar bir qadın durur. Bu hadisələr, əslində, Nobel sülh mükafatının ölümünü göstərdi."
 
Ayətullah Xamenei əlavə edib ki,  bu faciələr  İslam ölkələri, beynəlxalq təşkilatlar və  insan haqları müdafiəsi iddiasında olan  ikiüzlü və yalançı hökumətlərin gözü qarşısında törədilir.  
 
Ali Rəhbər BMT baş katibinin  Myanmada baş verənləri pisləməklə kifayətlənməsini tənqid edərək bildirib ki,  insan haqları carçıları bəzi vaxtlar  bir ölkədə olan bir cinayətkarı cəzalandırmaq üçün  səs-küy salırlar. Amma Myanmada on minlərlə insanın  qətliamı və didərgin salınması qarşısında heç bir reaksiya vermirlər.
 
Ayətullah Xamenei  İslam Əməkdaşlıq Təşkilatının  Myanmada baş verən faciələrlə bağlı konfrans keçirməsinin zəruriliyini vurğulayıb və deyib ki, bugünkü dünya zülmlə doludur. “İran İslam Respublikası dünyanın hər hansı bir yerində sionistlərin işğal etdiyi torpaqlarda,  Yəməndə, Bəhreyndə və Myanmada olunan zülmlərə qarşı cəsarətli və aşkara mövqe bildirməkdən qürur duymalıdır.”
 

Google+ WhatsApp ok.ru