Ayətullah Xamenei şəhid Möhsün Höcəcinin ailəsi ilə görüşüb - FOTO 03 Oktyabr 2017 01:00 Fotolar Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün müqəddəs hərəm müdafiəçisi olan şəhid Möhsün Höcəcinin ailəsini qəbul edib. Maide.Az xəbər verir ki, Ayətullah Xamenei ilə görüşdə şəhid Höcəcinin atası, anası, həyat yoldaşı, uşağı və bir neçə digər yaxın qohumları iştirak edib. Ayətullah Xamenei şəhid Höcəcinin ailəsinə Quran hədiyyə edib. Xatırladaq ki, İraq-Suriya sərhədində yerləşən Tanaf bölgəsində avqustun 7-də İŞİD tərəfindən əsir götürülən Möhsün Höcəci iki gün sonra boğazı kəsilərək şəhid edilmişdi. Şəhid Höcəcinin cənazəsi sentyabrın 28-də Nəcəfabad şəhərində dəfn olunub. Vida mərasimi sentyabrın 27-i İran xalqının fəal iştirakı ilə Tehranın İmam Hüseyn (ə) meydanında keçirilmişdi. Vida mərasimində Ali Rəhbər Ayətullah Xamenei və bir çox yüksək rütbəli iranlı rəsmilər iştirak etmişdir. Teqlər : #Ayətullah Xamenei şəhid Möhsün Höcəcinin ailəsi ilə görüşüb FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei Həcc ziyarətinin təşkilatçıları ilə görüşüb - FOTO Ayətullah Xamenei yüksək elmi intellekt və istedadı olan gənclərlə görüşüb -FOTO
Ayətullah Xameneinin iştirakı ilə Həzrət Fatimənin (s.ə) şəhadəti münasibətilə əzadarlıq məclisi keçirilib -FOTO
“Əhli-beyt (ə) sevərlər və təkfirçilik məsələsi” beynəlxalq konfrans iştirakçıları Ayətullah Xamenei ilə görüşüb - FOTO
Ayətullah Xamenei: Rəsmilərin zəlzələdən zərərçəkənlərin dərdinə şərik çıxması özünü əməldə göstərməlidir - FOTO
Ayətullah Xamenei: İran və Azərbaycan arasındakı qardaşlıq və yaxın əlaqələr daha ciddi əzmkarlıq və iradə ilə inkişaf etdirilməlidir - FOTO - YENİLƏNİB
Ayətullah Xamenei İmam Əli (ə) adına Hərbi Akademiyanın məzunlarının buraxılış mərasimində iştirak edib-FOTO