Ayətullah Xamenei: Əgər qəlbdə iman və əməldə Allaha təvəkkül olsa bu iradə qarşısında... - FOTO

Ayətullah Xamenei: Əgər qəlbdə iman və əməldə Allaha təvəkkül olsa bu iradə qarşısında... - FOTO

Ötən gün Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei 8 illik "Müqəddəs Müdafiə" münasibətilə  tədbirdə hərbi komandanlar, veteranlar, sənətçilərlə görüşüb.
 
Maide.Az xəbər verir ki, Ayətullah Xamenei görüşdə bildirib ki, "Müqəddəs Müdafiə"nin dərslərindən biri bu oldu ki, Allaha təvəkküllə bütün maneələri aşmağın mümkün olduğunu gördük. “Müqəddəs Müdafiə"nin dərslərindən biri bu oldu ki, gördük əgər səmimi qəlblə və əməldə Allaha təvəkkül olunarsa, hökmən bütün problemlər və maneələri aşmaq mümkündür”.
 
Ayətullah Xamenei bildirib ki, "Müqəddəs Müdafiə" dövründə maddi və insani ziyanlar olsa da, bu gün və gələcək üçün çox böyük bəhrələri var. “Cəmiyyətdə inqilabi ruhiyyənin qorunması və gücləndirilməsi o dövrün bəhrələrindəndir. Allaha təvəkkül və güclərdən qorxmamaq və problemləri aşmaq həmin dövrün bəhrələrindəndir”.
 
Ayətullah Xamenei bildirib ki, inkişafda olan bütün cəmiyyətlər problemlərlə üzləşir. “Əgər bu cəmiyyət mənəviyyat arxasınca olsa, maneələr çoxalır. Bu cəmiyyətdə maneələrdən aşmaq üçün Allaha əməldə təvəkkül etmək lazımdır”.
 
Ali Rəhbər bildirib ki, İran İslam Respublikası bu gün bütün problemlər üzərində qələbə iddiasında ola bilər. Çünki onun Müqəddəs Müdafiədən maneələri aşmaq təcrübəsi var. Əgər qəlbdə iman və əməldə Allaha təvəkkül olsa bu iradə qarşısında dağlar hamarlanar”.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru