Ayətullah Xamenei : “Məmurlar günah, xəyanət və dünyapərəstlikdən çəkinməlidir” 09 Aprel 2018 01:00 Çıxışlar -- Biz məsul şəxslər, öz qəlblərimizin paklanmasına ehtiyaclıyıq Ali Rəhbər Ayətullah Xamenei bu gün günorta İran İslam Respublikasının dövlət məmurları ilə görüşüb. Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, məmurlar üçün xüsusilə təqvanın mühüm amil olduğunu diqqətə çatdıran Ayətullah Xameneyi günah, xəyanət və dünyapərəstlikdən çəkinməyin məsul şəxslər üçün vacib məsələlərdən olduğunu vurğulayıb. Buna nail olmağın yolunun isə Allah-Taala ilə əlaqələrin gücləndirilməsi ilə baş verə biləcəyini qeyd edib. Ali Rəhbər bildirib ki, biz məsul şəxslər, öz qəlblərimizin paklanmasına ehtiyaclıyıq. Bu isə ancaq müraqibə (özünə nəzarət) ilə baş tuta bilər. İran İslam Respublikasının tövhid, ilahi şəriət, ədalət, azadlıq və istiqlaliyyət kimi mühüm amal və hədəflər üzərində qurulduğunu qeyd edən Ayətullah Xameneyi ölkədə iqtisadiyyatın infrastrukturu kimi peşə və ticarət atmosferinin sahmanlaşdırılmasının zərurliyini vurğulayıb. “Bu işin görülməsi müqavimət iqtisadiyyatı üzrə baş qərargahın vəzifələrindəndir. Mövcud problemlərin həlli işlərində gənclərin enerji və stimulundan istifadə olunmalıdır”. Ayətullah Xamenei həmçinin ölkədaxili sosial şəbəkələrin ümumxalq tələbi olması səbəbi ilə yaradılmasından razılıq edib. “Məsul şəxslər daxili sosial mühitdə təhlükəsizlik və insanların fərdi gizlilik tələblərinə hörmətlə yanaşmalı və qorumalıdırlar. "İnsanların şəxsi həyatına müdaxilə şəri baxımdan "haram"dır və həyata keçirilməməlidir.” Ali Rəhbər bildirib ki, dövlət və məhkəmə orqanlarındakı məmurlar bu istiqamətdə fəaliyyətlərini gücləndirməlidirlər. Teqlər : #Ayətullah Xamenei : Məmurlar günah,#xəyanət və dünyapərəstlikdən çəkinməlidir , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei- Əlac yolu - mübarizəni şiddətləndirməkdir -VİDEO Ayətullah Xamenei: Suriyaya bu gün səhər edilən hücum cinayətdir - FOTO/YENİLƏNİB
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO