Ayətullah Xameneinin iştirakı ilə Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibətilə matəm mərasimi keçiriləcək

Ayətullah Xameneinin iştirakı ilə Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibətilə matəm mərasimi keçiriləcək

İslam peyğəmbərinin sevimli qızı Həzrət Siddiqeyi-Kübra Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunan matəm günlərinin yetişməsi ilə əlaqədar olaraq, İmam Xomeyni (r.ə) adına hüseyniyədə Ali Rəhbər Ayətullah Xameneinin iştirakı ilə fevralın 27-dən əza mərasimi təşkil olunacaq. 
 
Maide.Az xəbər verir ki, xalqın müxtəlif təbəqələrindən olan insanların və hökumət rəsmilərinin iştirakı ilə keçiriləcək mərasimdə, natiqlər və Əhli-Beyti (ə) mədh edən söz ustadları imamlar anası Həzrət Fatimənin (s.ə) ali şəxsiyyətindən, yüksək keyfiyyətlərindən və üzləşdiyi müsibət və bəlalardan söz açacaq. 
 
İmam Xomeyni (r.ə) adına hüseyniyyədə beş gün ərzində keçiriləcək mərasim 03 mart 2017-ci il, cümə gününə qədər davam edəcək.

Google+ WhatsApp ok.ru