Ayətullah Xameneinin ofisindən Fitr bayramı günü ilə bağlı açıqlama

Ayətullah Xameneinin ofisindən Fitr bayramı günü ilə bağlı açıqlama

Ayın vəziyyətini nəzərə alaraq yəqinliklə demək olar ki, bu il Ramazan ayı 30 gün olacaq.
 
Maide.İnfo “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin ofisi nəzdində ayın müəyyən edilməsi üzrə komitənin üzvü Seyid Rza Qələmkarian İsfəhani deyib. 
 
R.Qələmkarian İsfəhani deyib ki, şənbə günü qürub zamanı ayın vəziyyəti elə olacaq ki, onu hətta ən güclü müşahidə alətlərilə də müşahidə etmək mümkün olmayacaq. “Bundan öncəki təcrübələriməzə əsasən yəqinliklə deyə bilərik ki, şənbə günü Şəvval ayı görsənməyəcək və Fitr bayramı iyun ayının 26-da (bazar ertəsi) olacaq”.
 
O əlavə edib ki, proqnozlarımıza əsasən ətraf ölkələrdə belə şənbə günü qürub zamanı Şəvval ayının hilalının müşahidəsi mümkün olmayacaq. 
 
"Fars" agentliyinin məlumatına görə, Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin ofisi nəzdində ayın müəyyən edilməsi üzrə komitənin elmi heyətinin katibi Qasim Rüstəmi bildirib ki, elmi baxımdan Şəvval ayının şənbə günü qürub zamanı görsənməsi mümkünsüzdür və Ramazan ayı 30 gün olacaq. Fitir bayramı çox böyük ehtimalla bazar ertəsi günü (26 iyun) olacaq. 

Google+ WhatsApp ok.ru