Ayətullah Xameneinin Səudiyyə haqda “Lənətlənmiş Ağac” ifadəsi nə deməkdir?

Ayətullah Xameneinin Səudiyyə haqda “Lənətlənmiş Ağac” ifadəsi nə deməkdir?

Ayətullah Xamenei Həcc mərasimi ilə bağlı hacılara mesajında niyə Səudiyyə haqda “əş-Şəcərətul-Məlunə” ifadəsini işlədib.
 
Ayətullah Xameneinin hacılara mesajında Səudiyyə barədə işlətdiyi “əş-Şəcərətul-Məlunə” az keçməmiş islam dünyasında geniş miqyasda yer almağa və işlənməyə başladı.
 
Bu ifadə Quranda İsra surəsinin 60-cı ayəsində gəlibdir:
 
"(Ya Rəsulum!) Yadına sal ki, bir zaman sənə: “Rəbbin (Öz əzəli elmi və qüdrəti ilə) insanları ehtiva etmişdir (onların ixtiyarı Allahın əlində olduğu üçün sənə heç bir şey edə bilməzlər!)”–demişdik. (İsra gecəsi) sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar (Məkkə əhli) üçün yalnız bir imtahan etdik (görək sənin sözünə inanacaqlar, ya yox). Biz onları qorxuduruq, lakin bu qorxutmaq onların tüğyanını artırmaqdan başqa bir şeyə kara gəlmir!"
 
Burada bir sual meydana çıxır ki bu lənətlənmiş ağac nədir ki Allah onun vasitəsilə insanları imtahana çəkir?
 
Bəzi alimlər Saffat surəsinin 62-ci ayəsinə (Qonaq olmağa bu Cənnət yaxşıdır, yoxsa zəqqum ağacı? Biz onu zalımlar üçün bir bəla etdik.) istinad edərək, ağacdan məqsəd Cəhənnəmdəki Zəqqum ağacı olduğunu deyirlər. Lakin bu zəqqum ağacı sözügedən ayədə lənətlənməyib.
 
Bu ayənin həqiqi deyil, məcazi mənada işlənir. Belə ki ayədə lənətlənmiş ağacdan məqsəd yer üzərində bitən bitki deyil, başqa bir şeydir. Çünki ağac günah sahibi deyil ki lənətlənsin.
 
Quranın digər bir ayəsində ağaclar iki yerə bölünür və onlar lənətlənir. İbrahim surəsinin 24 və 26 cı ayələrində buyurulur:
 
“Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Yaxşı bir kəlmə kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. Pis kəlmə isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir.”
 
Bir çox müfəssirlər o cümlədən Əllamə Təbatəbai burada “şəcərə”nin ailə mənasında olduğunu bildirir. “Filankəsin şəcərəsi filan İmama gedib çatır” kimi işlənən çoxsaylı ifadələr də ondan xəbər verir ki, şəcərə ərəb dilində nəsil, sülalə və ailəyə də deyilir.
 
Hədislərdə də var ki Peyğəmbər (s) həzrət Əliyə üz tutaraq, “Ey Əli sənlə mən bir şəcərədənik” deyir.
 
Quranda keçən və Ayətullah Xameneinin mesajında gətirilən “Lənətlənmiş Ağac” ifadəsindəki “Ağac” sülalə və ailə olarsa bəs bu ailənin lənətlənmə səbəbləri nə ola bilər?
 
Peyğəmbər bir gün yuxuda görür ki bir dəstə insan meymunlar kimi onun minbərinə dırmaşırlar. Bu məşhur hədisdir. Həm şiə və həm də Xətib Bağdadi, Tirmizi, İbni-Cureyr Təbəri, ət-Təbərani, Beyhəqi, İbni Mərdəviyyə kimi sünni alimlər də onu nəql ediblər.
 
Sünni alimləri Qurtubi və Fəxri-Razi öz təfsirlərində yazıblar ki Peyğəmbərin minbərinə dırmaşan və onu ələ keçirən sülalə Bəni-Üməyyə sülaləsidir.
 
Amma bu gün müasir dövrdə hədisdə gəlmiş “meymun kimi peyğəmbərin minbərinə dırmaşan camaat” və eləcə də Quranda gəlmiş “Lənətlənmiş Ağac”dan məqsəd Ali-Səuddur.
 
Bu ayənin hazırkı dövrdə Səud Ailəsinə şamil olması göz qarşısındadır. Vəhhabilik və təkfirçiliyi yayan və onları maliyyələşdirən, islam ölkələrində sabitliyi pozmaq üçün ayrılan milyardlarla neft pulları, ABŞ-ın bölgədəki əsas müttəfiqi və müsəlman ölkələrində terror qruplaşmalarını fikir və maddi baxımdan qidalandırmaq, Yəmənə təcavüz, son dövrlərdə Həcc mərasimi zamanı minlərlə hacının həlak olması və bu məsələdə Səudiyyənin məsuliyyət qəbul etməməsi və sair səbəblər bunu sübut edir. (İslaminSesi )
 

Google+ WhatsApp ok.ru