Ayətullah Xameneyi: `Onlar planı cırarsa, biz onu tikə - tikə doğrayacayıq` 18 Oktyabr 2017 01:00 Çıxışlar Xəbər verdiyimiz kimi Ali Rəhbər Ayətullah Xamenei bu gün səhər minlərlə yüksək elmi intellekt və istedadı olan gənclərlə görüşüb. Maide.Az xəbər verir ki, görüşdə Ayətullah Xamenei çıxış edərək asılılığın səfalətə səbəb olduğunu bildirib. “Bəziləri 100 il öncədən deyirdilər ki, əgər inkişaf etmək istəyirsizsə gərək Qərbin diqtəsi altına girəsiniz. Bu gün də onların tör-töküntüləri həmin sözləri deyirlər. 50 il Pəhləvi rejimi dövrdə Qərbin himayəsi altında idik, hansı inkişafı əldə etdik?” Ayətullah Xamenei bildirib ki, İslam İnqilabının bərəkəti ilə idi ki, siyasi asılılıq bitdi amma digər asılılıqların məhv edilməsi çətindir. “Asılılıq səfalətə səbəb olur. Asılılıqdan qurtulmağın əsas ünsürlərindən biri elmi inkişafdır”. Ayətullah Xamenei əlavə edib ki, ölkə sənayesi montaj probleminə düçar olub və bu sənət və universitetinin bir-biri ilə əlaqəsinin olmamasına görədir. “10 illik bir zaman kəsiyində ölkənin sənayesi montaj işlərindənn innovasiyaya doğru yönəldirilməlidir.” “Trampın axmaqlığı bizi Amerikanın hiyləsindən yayındırmasın” Çıxışının davamında Ayətullah Xamenei deyib ki, biz Amerikanın hakimiyyəti altından çıxıb, Qərbin bizə qarşı düşmən mövqeyinə baxmayaraq güclü inkişaf edə bilmişik. “Bütün bu inkişaf və uğurlarımız sanksiyalar dövründə baş verib. İstəmirəm vaxtı ABŞ prezidentinin boşboğazlıq və cəfəngiyatına cavab verməklə itirim. Ona cavab vermək vaxt itgisidir. ABŞ beynəlxalq sionizmin brokeri, İŞİD və təkfirçi cərəyanların yaradıcısıdır. Siz gözləyirsiz ki, Amerika İŞİD-in qarşısında dayanan qüvvənin əlindən əsəbləşməsin? Əsəbləşiblər, çünki İslam Respublikası bu gün onların Livanda, Suriyada, İraqda və başqa yerlərdəki planlarını pozub. Hamı əmin olsun ki, bu dəfədə Amerikanın ağzına möhkəm yumruq dəyəcək. İran xalqı qarşısında məğlub olacaq. ABŞ prezidenti axmaqlıq edir, lakin bu bizi onların hiyləsindən yayındırmasın”. Çıxışının davamında Ayətullah Xamenei bildirib ki, Avropa dövlətləri Hərtərəfli Birgə Fəaliyyət Planın (HBFP) icrasının zəruriliyini vurğuladılar və ABŞ prezidentinin sözlərini pisləyiblər. Biz bunu alqışlayırıq amma yalnız “HBFP-ni cırmasın” demələri kifayət etmir. “HBFP-nin icrası onların xeyrindədir. Qarşı tərəf bu planı pozmasa bizdə onu pozmayacağıq. Amma əgər onlar planı cırarsa, biz onu tikə - tikə doğrayacayıq”. Ayətullah Xamenei deyib ki, Avropa əvvəl onların əməli addımlarının qarşısında durmalıdır. İkincisi bizim müdafiə məsələlərimizə müdaxilə etməməlidirlər. “Gəlib desinlər ki, İran nə üçün regiondakı proseslərə qarışır? Yaxşı edir. Və ya desinlər ki, İran nə üçün raketə sahibdir? Yaxşı, bəs siz niyə raketə sahibsiz? Sizin niyə atom bombanız var?” Teqlər : #Ayətullah Xameneyi: `Onlar planı cırarsa,#biz onu tikə tikə doğrayacayıq`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ədalət yəni... - Ayətullah Xamenei (VİDEO) “Bir ölkənin inkişafı təhlükəsizliyinin təminindən asılıdır” – Ayətullah Xamenei -YENİLƏNİB
Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)
Ayətullah Xamenei: İran, Rusiya və Türkiyənin sanksiyalarla üzləşməsi əməkdaşlığın inkişafı üçün müştərək nöqtədir - FOTO
Ayətullah Xamenei:`İran və Türkiyə arasında siyasi və iqtisadi əməkdaşlıq daha da gücləndirilməlidir` -FOTO
Ayətullah Xamenei:İran ABŞ-ın regionla bağlı planını iflasa uğratdı, təkfirçi fitnəsini azaltdı - FOTO