Ayətullah İsa Qasim 300 gündür ev dustağıdır

Ayətullah İsa Qasim 300 gündür ev dustağıdır

-- Bu insan haqlarına ziddir...

Bəhreyndə hərbi qüvvələr tərəfindən təzyiqlərə məruz qalan nüfuzlu din xadimi Ayətullah Şeyx İsa Qasimin evinin mühasirəsinin 300-cü günü tamam olub.   

Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, bu barədə Bəhreyn İnsan Haqları Mərkəzi məlumat yayıb.   

Məlumatda bildirilir ki, hökumət din xadimi Ayətullah Şeyx İsa Qasimə qarşı qərəzlilik nümayiş etdirir.   

“Bu insan haqlarına ziddir. 300 gün bir insan evində mühasirədədir. Sadəcə həkim müayinəsi üçün evdən çıxmasına icazə verilsə də yenidən ev həbsinə məruz qalan Ayətullah İsa Qasimə qarşı beynəlxalq dəstək gözləyirik”, - deyə məlumatda qeyd olunur.  

Google+ WhatsApp ok.ru