Ayətullah İsa Qasımın həyatı təhlükədədir

Ayətullah İsa Qasımın həyatı təhlükədədir

-- əməliyyatdan sonra, ona qarşı düzgün tibbi müalicə aparılmayıb

Bəhreynin 14 fevral gənclər hərəkatı ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımın Ali Xəlifə rejimi tərəfindən yenidən ev həbsində saxlanılmasını qınayaraq, böyük alimin həyatının təhlükədə olduğunu qeyd edib.
 
Maide.Az "deyerler.org" -a istinadən xəbər verir ki, 14 fevral gənclər hərəkatının bildirdiyinə görə, Ayətullah İsa Qasımın üzərində keçən həftə cərrahiyyə əməliyyatı keçirildikdən sonra, ona qarşı düzgün tibbi müalicə aparılmayıb.
 
Ayətullah İsa Qasım əməliyyatdan qısa bir müddət sonra xəstəxanadan çıxarılıb və həftənin sonu Əd-Dirazdakı evinə qaytarılıb.
 
Bu Ayətullah İsa Qasımın son iki ayda keçirdiyi 2-ci əməliyyat idi. Bundan əvvəl böyük Əhli-Beyt (ə) aliminin üzərində qarın yırtığı (abdominal yırtıq) əməliyyatı edilmişdi.
 

Google+ WhatsApp ok.ru