Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək 17 Oktyabr 2017 01:00 Hərb Bu gün Tbilisi şəhərində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın iştirakı ilə görüş keçiriləcək. Maide.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin təmin edilməsində Silahlı Qüvvələrin rolunun müzakirəsi, o cümlədən regional layihələrin təhlükəsizliyinin təmin olunmasında praktiki fəaliyyətlərin həyata keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Teqlər : #Azərbaycan,#Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan hərbi dənizçiləri İrana çatıb Azərbaycanın hərbi büdcəsi 1 milyard manat artırıldı
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'