Azərbaycan ordusu 18 yaşlı əsgərini itirdi

Azərbaycan ordusu 18 yaşlı əsgərini itirdi

Azərbaycan ordusunun 18 yaşlı əsgəri Kənan Həsrət oğlu Dadaşov həlak olub. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, əsgər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində həyatını itirib.
 
12 Aprel 2000-ci il təvəllüdlü Kənan Dadaşov Astara rayonunun Pəlikeş kənd sakinidir.
 
Astara Rayon İcra Hakimiyyətindən xəbəri Meydan TV-yə təsdiqləsələr də, əsgərin hansı səbəbdən vəfat etdiyini bilmədiklərini deyiblər.
 
Pəlikeş kənd İcra nümayəndəsi Balakişi Rəhmanov da xəbəri təsdiqləyib:
 
“Eşitdiyimizə görə, düşmən gülləsinə tuş gəlib, şəhid olub. Hələ cənazəsi kəndə gətirilməyib, gözləyirik”.
 
Müdafiə Nazirliyi hadisə ilə bağlı hər hansı məlumat yaymayıb. Qurumdan məsələyə münasibət bildirilməyib.(meydantv)
 

Google+ WhatsApp ok.ru