Azərbaycanda qanın bədxassəli xəstəliyi diaqnozu qoyulmuş uşaqların sayı açıqlanıb 07 Fevral 2018 02:00 Sağlamlıq -- hazırda Azərbaycanda dispanser qeydiyyatda olan hemoblastozlu xəstələrin sayı 2233 nəfərdir. Hazırda qanın bədxassəli xəstəliyi diaqnozu müəyyənləşdirilmiş uşaqların sayı 313 nəfərdir. Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. O qeyd edib ki, hazırda Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda 27 523 nəfər qan xəstəlikləri dispanser qeydiyyatındadır: "Keçən il ilkin olaraq 687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb. Onların 603 nəfəri böyük, 84-ü isə uşaqdır. Həmin şəxslər dispanser qeydiyyata götürülüb". Z.Əlimirzəyeva bildirib ki, hazırda Azərbaycanda dispanser qeydiyyatda olan hemoblastozlu xəstələrin sayı 2233 nəfərdir. Teqlər : #Azərbaycanda qanın bədxassəli xəstəliyi diaqnozu qoyulmuş uşaqların sayı açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xərçəngə qarşı yeni dərman hazırlandı Mədədə həzm olunmama və qıcqırmanın qarşısı necə alına bilər? - VİDEO
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir