Azərbaycanın müdafiə naziri Türkiyəyə rəsmi səfər edəcək

Azərbaycanın müdafiə naziri Türkiyəyə rəsmi səfər edəcək

-- martın 28-də Ankara şəhərinə yola düşəcək.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankara şəhərinə yola düşəcək.
 
Maide.Az bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, rəsmi səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
 
Martın 31-də isə Azərbaycan müdafiə nazirinin Türkiyənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.
 

Google+ WhatsApp ok.ru