“Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir”. Ali – İmran surəsi , 169

Həzrət Məhəmməd (s) buyurur:
“Günahın kiçikliyinə yox, kimə qarşı günah etdiyinə bax.”



Azərbaycan əhalisi ərzağa nə qədər xərcləyib?

-- 2018-ci ilin yanvar-mart aylarında

Tarix : 13-04-2018 18:58

2018-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 8,5 mlrd. manata bərabər olub.
 
Maide.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ticarət dövriyyəsinin 4,3 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,2 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-mart aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,0 faiz və 3,3 faiz üstələyib.
 
Hesabat rübündə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,7 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 1,2 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. 
 
2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının 13,0 faizi ticarət müəssisələri, 52,5 faizi fərdi sahibkarlar tərəfindən, 34,5 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 19,3 faiz, fərdi sahibkarlar üzrə 0,9 faiz artmış, bazar və yarmarkalarda dəyişməz qalıb.
 
Hesabat rübündə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  289,2 manat və ya 2017-ci ilin yanvar-mart aylarının göstəricisindən nominal ifadədə 16,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 146,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:25
05:53
12:39
19:41
23:55
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

22-04-2018 06:01