Bəqərə, 49. Və (yadınıza salın) o zaman(ı) ki, sizə ən ağır işgəncələr verən – oğlanlarınızın başlarını bir yerdə kəsən, qadınlarınızı isə diri saxlayan fironçulardan (onların caynağından) nicat verdik. Bu işdə (sizin üçün) Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.

İmam Əli ələyhis-salam (comərdlər barəsində) buyurmuşdur:
"Comərdlərin səhv və xətalarından keçin. Çünki onlardan birinin ayağı sürüşən kimi Allahın (mərhəmət) əli onun əlində olur və onu (həmin sürüşkənlikdən) qaldırır."



Azərbaycanda hemofiliyalı xəstələrin sayı artıb

-- əsasən Bakı, Sumqayıt şəhəri və Mərkəzi Aran rayonlarında

Tarix : 16-04-2018 11:45

Bakı, Sumqayıt şəhərləri, Mərkəzi Aran rayonlarında hemofiliyalı xəstələrin sayı artıb.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri, dosent Elmira Qədimova deyib.
 
Onun sözlərinə görə, Azərbaycanda hemofiliyalı xəstələrin yayılma tezliyi öyrənilib: "Müəyyən edilib ki, iri şəhərlər olan Bakı, Sumqayıt şəhərlərində, Mərkəzi Aran rayonlarında xəstələrin sayı artıb. Bakıda 758, Sumqayıtda 77 nəfər hemofiliyalı xəstə var. Bu artımı maarifləndirmənin nəticəsi ilə izah etmək olar. İnsanlar artıq bu xəstəlik barədə daha çox məlumatlıdırlar".
 
E.Qədimova əlavə edib ki, hazırda mərkəzdə 1595 xəstə dispanser qeydiyyatındadır. Ölkədə qeydiyyatda olan xəstələrin 21 faizi 1-15 yaşındadır. Ümumi qeydiyyatda olan xəstələrin 98 nəfəri 1-5, 235 nəfəri 5-15 yaşlıdır. Xəstələrin 1051-də hemofiliya A, 139-da hemofiliya B, 210-da Villebrand xəstəliyi var.
 
E.Qədimova bildirib ki, dünyada hemofiliyalı xəstələrin 80 faizi lazımi dərman preparatları ilə təmin olunmurlar. Lakin ölkələrin 20 faizində hemofiliyalı xəstələr lazımi dərman preparatları ilə təmin edilirlər.
 
Mərkəz rəhbəri Azərbaycanın da həmin 20 faizə daxil olan ölkələrdən biri olduğunu söyləyib.
 
Qeyd edilib ki, mərkəzə keçən il ambulator müalicə üçün 2759, stasionar müalicə üçün 271 nəfər müraciət edib.
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:46
05:27
12:47
20:23
23:57
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

20-07-2018 10:00