Azərbaycanda əsgər hərbçi yoldaşını qətlə yetirib 30 İyun 2014 01:00 Hadisə Azərbaycan Ordusunda qətl törədilib. Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Yaşar Əhədzadə aralarında yaranmış mübahisə zəminində əsgər yoldaşı İlkin Musayevə dəmir parçası ilə xəsarət yetirib. Nəticədə İ. Musayev aldığı xəsarətdən dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. Teqlər : #Azərbaycanda əsgər hərbçi yoldaşını qətlə yetirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı Hava Limanında ölüm Zaqatalada bəzi kəndlərdəki evlərdə dağıntı olub