Azərbaycanın tanınmış tarzəni Məşhəd ziyarətində olub

Tar ifaçılığı sənətinin ən yüksək zirvəsinə yazmış və hər gün də bu zirvəni öz varlığı ilə zənginləşdirən Xalq artisti, tarzən Ramiz Quliyev İranın müqəddəs Məşhəd şəhərində olub və İmam Rza (ə) məqbərəsini ziyarət edib.

Maidə.az-ın məlumatına görə, Ramazan ayı daxil olmamışdan iki gün öncə o Məşhəd şəhərinə səfər edib. Səfər İranın Mədəniyyət Nazirliyi və bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

R.Quliyev ailəsi ilə birlikdə İmam Rza (ə) ziyarətgahını ziyarət edib. O Məşhəd şəhərində həmçinin bu şəhərin musiqi ustaları ilə görüşüb. Onlarla səmimi danışıqlar aparıb. Ziyarətdən sonra açıqlama verən R.Quliyev bildirib ki, Məşhəd ziyarətində olmaq təsadüfi deyil, bu mənim və ailəmin çoxdan ki, arzusu idi.

Google+ WhatsApp ok.ru