Azərbaycanda mahnı üstündə kütləvi dava

Cəlilabad rayonunun Göytəpə qəsəbəsində kütləvi dava baş verib. 
 
ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, Qəsəbə sakini 1990-cı il təvəllüdlü Elçin Əminağa oğlu Tağıyev örüşdən heyvanları evə gətirərkən yolboyu zümzümə edirmiş. Elə bu zaman onun zümzüməsindən qəzəblənən həmkəndliləri Elçinin qarşısını kəsərək onunla mübahisə ediblər.
 
Sonradan gənclər arasındakı mübahisə kütləvi davaya çevrilib. Elçinin bir neçə şəxs tərfindən döyüldüyünü görən yaxınları Camal Ağayev və Amil Bəşirov da hadisə yerinə gəliblər. Lakin onlar da həmin şəxslərin hücumuna məruz qalıb.
 
Müxtəlif növ küt alətlərlə döyülən gənclərə Cəlilabad Mərkəzi rayon Xəstəxanasında ilkin tibbi yardım göstərilib.
 
Qeyd edək ki, tərəflər arasında əvvəllər də ədavətin olduğu deyilir. Baş vermiş faktla bağlı Cəlilabad rayon polis şöbəsinin Göytəpə polis bölməsində araşdırma aparılır.

Google+ WhatsApp ok.ru