Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib 04 İyul 2014 01:00 Hərb Azərbaycan Ordusunda silahlı insident olub. Hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri Elnur Bəxtiyar oğlu Muradovun tabeliyindəki avtomat silahdan açılan atəş onun hərbçi yoldaşı, əsgər Vurğun Mayis oğlu Əliyevə dəyib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır. Teqlər : #Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb Milli orduda oruc qadağası
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'