Azərbaycan müdafiə xərclərini 25 faiz artırıb

Bu ilin yanvar və iyun aylarında Azərbaycanın dövlət büdcəsinin müdafiə xərcləri 154,2 milyon manat təşkil edib

 

Bu ilin yanvar və iyun aylarında Azərbaycanın dövlət büdcəsinin müdafiə xərcləri 154,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricindən 24,5 faiz çoxdur.

Maide.az  Maliyyə Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, 2014-cü ilin birinci yarısında dövlət büdcəsinin mədaxili 9338,8 mln. manat (101,6 faiz), məxaric hissəsi 8723, 8 mln. manat (94,7 faiz) icra olunub. 2014-cü ilin birinci yarısında isə dövlət büdcəsinin profisiti 615 mln. manat təşkil edib.

Strukturda daxilolmaların 38,3 faizi (3578,6 mln. manat) Vergilər Nazirliyi tərəfindən təmin olunub. Göstərilən dövrdə gömrük rüsumları və vergilərindən daxilolmalar 732,8 mln. manat olub. Ötən ilin analoji dövrü ilə müqayisədə vergi yığımları 7,9 faiz, gömrük ayırmaları isə 14,5 faiz artıb. Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfert qismində 4883,8 mln. manat gəliri daxil olub.

Məlumata görə, 30,3 faiz, yaxud 2644,9 mln. manat sosial yünümlü xərclərin payına düşüb ki, bu da 2013-cü ilin birinci yarısında olduğundan 14,5 faiz çoxdur. Xərclərin 23,1 faizi (28,7 mln. manat) mənzil-kommunal xərclərin, 7,6 faizi (44,5 mln. manat) təhsil, 7,6 faizi (19,6 mln. manat) səhiyyə xərclərinin payına düşüb.

Qeyd edək ki, cari ilin birinci yarısında icmal büdcənin mədaxili 11537,4 mln. manat olub ki, bu da ötən ilin eyni dövründəkindən 2,5 faiz çoxdur.

h.r

Google+ WhatsApp ok.ru