Azərbaycanda havanın temperaturu yüksələcək

 İyulun 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, gündüz mülayim cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir, ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

Google+ WhatsApp ok.ru