Azərbaycanlı satıcıdan Fələstinə dəstək (Foto)

“1 Cola -1güllə, 1güllə -1həyat. Fələstinə dəstək, Cola satılmır”

Azərbaycanda mağaza sahibindən maraqlı addım

Artıq ölkədə bəzi marketlərdə sərinləşdirici içkilər satılan bölümdə maraqlı elan yerləşdirilib.

Elanda İsrailə etiraz olaraq “Coca-Cola” məhsulları satmadıqlarını bəyan ediblər. Elanda “1 Cola -1güllə, 1güllə -1həyat. Fələstinə dəstək, Cola satılmır”,- deyə qeyd edilib. 


Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyədə də bəzi marketlərdə “Coca-Cola” məhsullarına etiraz olaraq “İsrail malı satılmır” adlı elanlar vurulmuşdu./

Publika.az

 

 

Google+ WhatsApp ok.ru