Azərbaycan internet istifadəçilərinin sayına görə dünyada liderdir

Ölkəmiz dünyanın 148 ölkəsi arasında 49-cu yerdə qərarlaşıb

Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014” (“The Global Information Technology Report 2014”) hesabatında Azərbaycan “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyib. Beleliklə Azərbaycan dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib.

Maide.az xəbər verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ilin 6 ayının yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirilib.

Məlumatda bildirilir ki, ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır. 

BMT-nin ənənəvi olaraq hər iki ildən bir nəşr etdiyi “E-Hökumət müayinəsi 2014” adlı hesabatın builki nəşrində Azərbaycan 193 ölkə arasında “Elektron hökumətin inkişafı indeksi” üzrə əvvəlki mövqeyini 28 pillə artıraraq 96-cı yerdən 68-ci yerə yüksəlib.interaz/

 

Google+ WhatsApp ok.ru