Azərbaycanlılar İsraildə şok yaşadı

İsraildəki 24 tələbəmiz təcili vətənə təxliyyə olunublar

Yaxın Şərqdə qanlı döyüşlərin getdiyi bir vaxtda həm Qəzzada, həm də İsraildə olan kifayət qədər azərbaycanlı ailəsi və tələbələrin taleyi narahatlıq doğurur. 
Son hadisələr İsraildə təcrübə keçən tələbələrin vaxtından əvvəl təcili olaraq Azərbaycana geri dönməsinə səbəb olub. İyulun 20-də Turizm İnstitutunun 24 nəfər 3-cü kurs tələbəsi İsraildən təcili vətənə təxliyyə olunublar. Onların qaldıqları otelin yanına bombaların düşməsi tələbələrin dəhşətli anlar yaşamasına səbəb olub. 
 
Bakıya qayıdan tələbələrlə əlaqə saxlamaq istəsək də, onların çox qorxduğu, stress keçirmələri səbəbindən müsahibə verə bilməyəcəkləri barədə cavab aldıq. 
 
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bundan öncə bildirmişdi ki, Qəzza bölgəsində olan Azərbaycan vətəndaşları 2 mərhələdə təxliyyə edilib.

Onun sözlərinə görə, birinci mərhələdə 11, ikinci mərhələdə isə 4 nəfər Qəzza bölgəsindən çıxarılıb.

Qəzzada yaşayan digər azərbaycanlı ailələrində vətənə qaytarılması ilə əlaqədar Azərbaycan hökuməti iş aparır.
 

 

Google+ WhatsApp ok.ru