Azərbaycan Ruhanilər Məclisi Fitr bayramı münasibətilə müsəlmanları təbrik edir

 Azərbaycan Ruhanilər Məclisi (ARM) Ramazan ayının sona çatması və mübarək Fitr bayramı münasibətilə bəyanat yayıb və bütün müsəlmanları xüsusi ilə Azərbaycan xalqını bu bayram münasibəti ilə təbrik edir.
ARM-ın bəyanatında bildirilir: “ Əziz müsəlman qardaş və bacılar! Dəyərli İslam ümməti! Dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirik. Həmd olsun Uca Allaha ki, müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram və səylə tamamlayaraq, mübarək ayın bayram səadətinə qovuşmağa nail olublar.  Hazırda müsəlman xalqlarının dincliyi, sabitliyi və inkişafının təhlükə altında olduğu həssas bir vəziyyətdə müsəlmanların yekdilliyi vacib məsələdir və islam aləmində məzhəblərarası həmrəyliyə əsaslanan qardaşlıq və məhəbbətin genişləndirilməsi zəruridir. Ümid edirik mübarək ramazan ayının sonunda , ramazan ayının fəzilətləri  və təlimləri sayəsində müsəlmanlar arasında dostluq və həmrəylik daha da gücləndiriləcək. Bir daha Fitr bayramı münasibəti ilə bütün dünya müsəlmanlarını xüsusi ilə əziz həmvətənlərimizi təbrik edir və sülh və əmin-amanlıq arzulayırıq.”
 

Google+ WhatsApp ok.ru