Azərbaycan xalqının qarşılaşdığı faciə ilə bağlı Azərbaycan Ruhanilər Məclisi (ARM) narahatlıq ifadə edən bəyanat yayıb

 

Azərbaycan xalqının qarşılaşdığı  faciə ilə bağlı Azərbaycan Ruhanilər Məclisi (ARM) narahatlıq ifadə edən bəyanat yayıb.

Bismillahir-rəhmanir-rəhim

وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ اللّهِ أَمْوَاتاً بَلْ أَحْيَاء عِندَ رَبِّهِمْ يُرْزَقُونَ

Bəyanatda bidirilir:

Dərin sıxıntı hissi ilə doğma Azərbaycanımızın igid əsgərlərinin şəhadətini yaşadıq. Təcvüzkar erməni rejimi daha bir dəfə ölkəmizin ərazilərində cinayət törətməklə öz işğalçı və mənfur siyasətində israrlı olduğunu sübut etdi. Eyni halda öz qanları ilə vətən torpağını qoruyan igid əsgərlərimiz vətənə sədaqətlərini nümayiş etdirdilər. İnanırıq ki, torpaqlarımızı qoruyan şəhid əsgərlərimizin qanı sadəcə torpağa tökülmür, əksinə cəmiyyətimizin damarlarına köçürülərək onlara vətən, dövlət və ərazi bütövlüyümüzü qorumaq üçün təzə can verir. Elə bu candır ki, xalqımıza çoxda gec olmayacaq qələbə ümidi verir.

Azərbaycan Ruhanilər Məclisi (ARM) Allah Taaladan şəhidlərimiz üçün uca  məqam diləyir, xalqımıza və şəhidlərimizin ailəsinə başsağlığı verir.

“Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir”. Ali – İmran surəsi , 169

Azərbaycan Ruhanilər Məclisi (ARM)

Google+ WhatsApp ok.ru