Azərbaycanda abortlarla kəsilən ömürlərin sayı açıqlanıb: 27 892

Ötən il Azərbaycanda 27 892 abort (qeyri-leqal abortlar daxil olmaqla) qeydə alınıb, onların da 1443-ü və ya 5,2 faizi - ilk dəfə hamilə olmuş qadınlar üzərində həyata keçirilib.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ildə hər 1 000 fertil yaşda olan qadına 10,4 abort düşüb.
 
Ötən il yaş qrupları üzrə abortların sayına gəlincə isə, 15-17 yaşlı qadınlardan 88-i, 18-19 yaşlı qadınlardan 1059-u, 20-24 yaşlı qadınlardan 5710-u, 25-29 yaşlı qadınlardan 8958-i, 35 yaşdan yuxarı qadınlardan 4228-i abort etdirib.
 
Azərbaycanda 5,6 min vaxtından əvvəl uşaq doğulub və bu cür uşaqların anadan olması, əsasən anaların əvvəllər tez-tez abort etməsi ilə əlaqədardır.  apa  /

Google+ WhatsApp ok.ru