Azərbaycanda həftənin ilk iş günündə hansı hava gözlənilir? 10 Avqust 2014 01:00 Ölkə Sabah Bakıda hava dəyişkən buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq. Avqustun 11-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Aran rayonlarında havanın tempoeraturunun gecə 19-24, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir. trend/ Teqlər : #Azərbaycanda həftənin ilk iş günündə hansı hava gözlənilir? , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ordumuzun bir əsgəri şəhid olub, biri isə yaralanıb Soçi görüşü başa çatdı - Nəticə nədir?