Azərbaycanı ATƏT-in Minsk Qrupundan imtinaya çağırdılar

Qeyri Hökumət Təşkilatlarının (20-dən artıq) Bakıda keçirdikləri birgə toplantıdan sonra yayılan birgə müraciətində bildirilir: "Biz işğal altındakı ərazilərin təmas xətti boyunca gərginliyin artmasından çox ciddi narahatlıq hissi keçirir və dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Ermənistanın Azərbaycan torpaqlarında günü-gündən genişlənən işğalçı siyasətini pisləməyəçağırırıq".

Müraciətdə vurğulanır: "ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin bu problemə ikili münasibəti təəssüf doğurur.

Cəzasızlıqdan azğınlaşan Ermənistan hökuməti cəbhənin təmas xəttində vəziyyəti gərginləşdirməsi hərbçilərin deyil, dinc insanların da həlak olması ilə nəticələnir. Biz Soyqrım və Terror Əlehdarları (QHT) Koalisiyası və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvləri, beynəlxalq təşkilatların, xüsusən də ATƏT-in Minsk Qrupu üzvlərinin bu münaqişənin həllində tutduqları ədalətsiz mövqelərinə görə Azərbaycanı bu təşkilatın vasitəçilik missiyasından imtina etməyə çağırırıq". faktxeber /

Google+ WhatsApp ok.ru