Azərbaycanda ötən il 1396 əkiz, 30 üçəm doğulub

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 1396 əkiz körpə doğulub. 
 
Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində ölkədə 79,6 min körpə doğulub.
 
Əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,1 olub. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır.
 
Körpələrin 1396-sı əkiz, 30-u üçəm doğulub. /

Google+ WhatsApp ok.ru