Azərbaycan bazarlarında bahalığa səbəb?

Azərbaycanın ticarət obyektləri və topdansatış bazarlarında bəzi meyvə-tərəvəz məhsullarının qiyməti, hətta iki dəfədən çox artıb. Məsələn, pomidorun qiyməti 0,40 manatdan 0,70 manata qədər bahalaşıb.
Bu haqda “Üç nöqtə”yə məlumat verən aqronom-alim Vahid Məhərrəmovun sözlərinə görə, bu gün istehsal olunan pomidorun 30 kiloqramlıq “yeşiyin” topdan satış qiyməti 5 manatdan 12 manata yüksəlib: “Bu da onu deməyə əsas verir ki, iki dəfədən çox qiymət artımı baş verib. Rusiya ilə ticari əlaqələrin yumşaldılması fermerlərə, tədarükçülərə imkan verib ki, onlar əldə etdikləri məhsulu daha çox sərfə edən qiymətlərə reallaşdırsınlar.
 
Ekspert vurğulayır ki, şimal qonşumuz hər il təxminən 46 milyard dollarlıq ərzaq və kənd təsərrüfatı məhsulu idxal edir. Burada Azərbaycanın payı cüzidir. Azərbaycan il ərzində Rusiyaya 250-300 milyon dollar civarında kənd təsərrüfatı məhsulu ixrac edir. Rusiyanın tətbiq etdiyi qadağa digər ölkələrdən, o cümlədən, Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracının artması ilə müşayiət olunur”.
 
Ekspert onu da qeyd edir ki, Rusiyada əhalinin alıcılıq qabiliyyəti Azərbaycandan xeyli yüksəkdir: “Bu səbəbdən Rusiyada Azərbaycan məhsullarına daha çox dəyər verilir. Bu vəziyyətdən yararlanan Azərbaycan tədarükçüləri ixracı artıracaqlar”.
 
V.Məhərrəmovun fikrincə, Azərbaycan demək olar ki, yeganə olaraq meyvə-tərəvəzə olan tələbatının daxili istehsalla ödəyir: “Hardasa adambaşına 100 kq tərəvəz, 80 kq meyvə istehsal edilir”.
 
Müsahibimiz dedi ki, dünya bazarına ixrac üçün əlavə meyvə-tərəvəz istehsal etməyimiz mümkün deyil: “Bu yalnız bəzi məhsullarda mümkündür. Xüsusən, suvarma şəraitində yetişdirilən xiyar, pomidor, faraş kartof istehsalını artırmaq olar. Çünki potensial var. Digər məhsulların isə istehsalını artırmaq üçün bizə müddət lazımdır. Yəni istixana şəraitində yetişdirilən bir çox tərəvəz məhsulları istehsalında 3-4 ay ərzində nəticəni müşahidə etmək mümkündüsə, ancaq digər məhsullara uzun müddət lazımdır. Məsələn, meyvə istehsalını artırmaqdan ötrü bizə ən azı 2-3 il müddət lazımdır”.
 
Düyada 7 milyard əhali var. Bu qədər əhali üçün təxminən 8 milyard ton meyvə-tərəvəz məhsul istehsal olunur: “Bu qədər mal-məhsul öz istehlakçısını gedib tapacaq. Burda qoyulan embarqo düşünmürəm ki, nəzərdə tutduğu rolu oynasın. O ölkələr ki, mal-məhsul istehsal edib, onlar çalışacaq ki, bizim kimi ölkələrə məhsulunu göndərsin. Burda boşluq yarananda həmin boşluq mütləq dolacaq”. /

Google+ WhatsApp ok.ru