Azərbaycanda nə qədər qadın sürücü var?

Son illərdə ölkəmizin yollarında qadın sürücülərin sayı nəzərəçarpacaq dərəcədə artıb.

Modern.az ölkədə sürücülük vəsiqəsi almış qadınların ümumi sayı ilə bağlı Dövlət Statistika Komitəsinə sorğu göndərib. 

Komitənin verdiyi məlumata görə, 2009-cu ildən bəri ölkəmizdə 36 min 338 qadın sürücülük vəsiqəsi alıb.

O cümlədən 2009-cu ildə – 5666, 2010-cu ildə – 5650, 2011-ci ildə – 6445, 2012-ci ildə – 7411, nəhayət, 2013-cü ildə – 11166 zərif cins nümayəndəsi nəqliyyat vasitələrini idarəetmə hüququ qazanıb. /

Google+ WhatsApp ok.ru