`Azərbaycan ABŞ-ın ştatlarını satın alar` - Erməni politoloq təşvişdə

“Azərbaycan iqtidarı çoxlu sayda pul xərcləyərək ABŞ ştatlarından özlərinə dəstək almaq istəyirlər. İlham Əliyev hökumətinin  o qədər pulu var ki, hətta  ABŞ-ın  ştatlarını belə pulla satın ala bilərlər."
 
Bunları “Ermənistan Komitəsi” birliyinin sədri  Aram Qambaryan deyib. 
 
Qambaryanın sözlərinə görə, Azərbaycan hökuməti son zamanlar ABŞ-da geniş lobbiçilik siyasəti aparmaqdadı.
 
"Azərbaycan iqtidarı Qarabağla  bağlı təbliğat üçün, son zamanlar ABŞ-ın ştatlarında böyük məbləğdə pullar xərcləyir, onlar lobbiçilik fəaliyyətlərini gücləndirərək ABŞ-ın bir çox ştatlarında müxtəlif tədbirlər keçirməkdədirlər. 
 
Azərbaycanın  böyük maliyyə resursları var. Onlar hətta ABŞ  ştatlarını belə satın ala bilərlər. Artıq erməni lobbisinin bu pullar qarşısında  əlacsız vəziyyətdə qalması  görünməkdədir. Təssüf ki, biz artıq Azərbaycana uduzuruq."

Google+ WhatsApp ok.ru